Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 02:30

Hakimiyyətdəkilər uşaq pulunun verilməsini niyə istəmirlər?


Müxalifət mitinq üçün Lökbatana gedəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:15:44 0:00

Müxalifət mitinq üçün Lökbatana gedəcəkmi?

13 ildən çoxdur Azərbaycanda uşaq pulunun verilməsi ləğv edilib. Hökumət bu qərarını ünvanlı sosial yardımların tətbiqi ilə izah edirdi.

Amma son zamanlar uşaq pulunun bərpası məsələsi yenidən aktuallaşıb.

Müxalifət həm də uşaq pullarının bərpası tələbi ilə etiraz aksiyası keçirmək istəyir, müstəqil ekspertlər isə uşaq pulunun bərpasına ciddi ehtiyac olduğunu vurğulayırlar.

Məsələn, iqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, uşaq pulu bərpa olunsa ailələrin sosial yükü qismən azalar.

37 yaşlı Astara sakini Bəhruz Əliyev də düşünür ki, hökumət hər hansı formada yardım etsə, 3 uşağını dolandırmaq daha asan olardı. O, Astaradan iş dalınca Bakıya gəlib. Binaların qarşısına gedib, alma satır. Deyir ki, günə bir təhər 10-15 manat qazancı olur. Onun da 110 manat kirayə verir, 70 manatını isə autizm xəstəsi olan 9 yaşlı oğlunun müalicəsi üçün bankdan götürdüyü kreditə ödəyir:

“Səhərdən axşama kimi əlimdəki bu vedrələrlə qapı-qapı düşərəm ki, çörək pulunu çıxara bilim. Əllərim qabar olub. Uşaq pulu verilsəydi, mənim Bakıda nə işim vardı? Elə öz rayonumuzda bir işi görüb, ailəmi dolandırardım. Uşağın müalicəsi elə nə qədər pul edir”.

Bərhuz Əliyev deyir ki, uşağının xəstəliyi ilə bağlı aldığı müavinəti də son aylar kəsiblər. İndi sənədləri yenidən yığıb, müavinəti bərpa elətdirməlidir.

Uşaq pulunun bərpası ilə bağlı təkliflər zaman-zaman millət vəkillərinin özlərindən də gəlir. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, onlar vətəndaşlardan bununla bağlı çoxlu müraciətlər alırlar.

Vahid Əhmədov düşünür ki, nə qədər ki, bütün ölkə üzrə icbari tibii sığorta tətbiq olunmur, uşaq pulları bərpa edilməlidir.

Bakı sakini Gülxar Hüseynova isə deyir ki, hökumət uşaq pulunu bərpa etmirsə, iş yerləri açılmadır. O bildirir ki, ali təhsilli oğlanları özlərinə iş tapa bilmir. Məcbur ailəni o öz təqaüdü ilə dolandırır:

“Nə yardım eləmir, nə iş yeri vermir. Mən bu dövrü heç bəyənmirəm. Nə kasıbı fikriləşirlər, nə də ki heç kimi. Mənim iki ali təhsilli oğlum niyə evdə qalmalıdır. Hara gedir iş yoxdur. İki oğlumun ailəsi ilə bir evdə, 9 nəfər birlikdə yaşayırıq. Çox çətindir dolanmaq”.

Rəsmi statistikaya görə Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz civarındadır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, hazırda 70 mindən çox ailə sosial yardımla təmin olunub. Bu da 300 min nəfəri əhatə edir. Bir ailəyə orta hesabla ayda 240 manat sosial yardım verilir.

Yenə də Hadi Rəcəbli, Əli Əhmədov...

Parlamentin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyir ki, sosial yardımların verilməsində də əsas məqsəd ehtiyacı olan ailələrə yardım göstərməkdir:

“Uşaq pulları da ünvanlılıq olmadığı üçün, imkanlı, kasıb hər kəsə verildiyi üçün ləğv olundu. Amma social yardım sırf imkansız, ehtiyacı olan ailələrə ünvanlı qaydada verilir. Amma ola bilər ki, gələcəkdə social yardımın forması dəyişdirilsin”.

Əli Əhmədov uşaq pulu verilməsinin əleyhinədir
Əli Əhmədov uşaq pulu verilməsinin əleyhinədir

Amma İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyir ki, bir çox Avropa ölkələrində uşaq pulları hələ də qalır, üstəlik ildən-ilə təkminləşdirilir:

“Uşaq pulunun olmaması, əvəzində ünvanlı sosial yardım mexanizminin olmasını göstərmək məncə əsassızdır. Bu mexanizm çərçivəsində uşaqların da göstərilməsi yanaşmasə kökündən yanlışdır. əvvəla sosial yardımların təyini mexanizmi mürəkəbdir. Çox az sayda ailələr bu mexanizmdən istifadə edə bilirlər”.

İqtisadi və Sosial İnşkişaf Mərkəzinin eksperti Rəşad Həsənov uşaq pullarının verilməsinə ciddi ehtiyac var.

Baş nazirin müavini Əli Əhmədov bu günlərdə yerli mediaya uşaq pullarının bərpası ilə bağlı müsahibə verib.

O bildirib ki, şəxsən o uşaq pulunun verilməsinin tərəfdarı deyil. Onun sözlərinə görə, ailələri ələbaxımlığa, ancaq dövlətin verdiyi yardımlar hesabına dolandırmaq vərdişi alışdırılmalıdır. Əli Əhmədov hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərmiş olsun.

AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:

Uşaq puluna ehtiyac varmı?
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Azərbaycanda yalnız yeni doğulan uşaqlara 200 manat bir dəfəlik müavinət verilir.

Almaniyada yaşayan Həbib Müntəzir deyir ki, onun bacısı və qardaşı uşaqlarının hər biri üçün hökumət ayda 200 avro uşaq pulu ödəyir.

Azərbaycanda sosial yardım uşaq pulunun verilməsi ləğv olunandan, 2006-cı ilin yanvarından tətbiq olunur. Sosial yardım hər bir üzvü üçün ehtiyac meyarından aşağı olan ailələrə verilir. Azərbaycanda 2019-cu ildə ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Amma sosial yardımın verilməsi ilə bağlı tələblərin həddindən artıq ağır olduğu, buna görə də bir çox ehtiyacı olan ailələrin yardım ala bilmədiyi haqda fikrilər səslənir. Hökumət isə bildirir ki, sosial yardım ehtiyacı olan ailələrə verilir. Kiminsə, torpağı varsa, adına mülk, avtomobil varsa, onlar imkansız hesab olunmur. Amma müstəqil ekspertlər belə seçim meyarını düzgün və ədalətli saymırlar.

XS
SM
MD
LG