Keçid linkləri

Təcili xəbərlər
2019, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:06

İqtidar xaricdəki hər bir azərbaycanlını potensial casus hesab edirsə...


Mühacirlərin Azərbaycan siyasətin müdaxilələri nə qədər təhlükəlidir?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Mühacirlərin Azərbaycan siyasətin müdaxilələri nə qədər təhlükəlidir?

Mühacir fəalların Azərbaycanın siyasi həyatında hansı rolu var?

Bu sualı aktuallaşdıran həm də hakim Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədovun son günlər dalbadal açıqlamalar verməsi oldu.

O bildirirdi ki, mühacirlər Azərbaycanda siyasi proseslərdə yaxından iştirak etməyə cəhd göstərirlər və onlar asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilərlər:

“Bizi narahat edən budur ki, onlar Azərbaycana qarşı apardıqları təbliğatlarında bəzi xarici dairələrin istək və maraqlarından çıxış edirlər. Xaricdə fəalliyət göstərən bir sıra təbliğat kampaniyaları var və onlar xarici maliyyə hesabına fəaliyyət göstərirlər. Beləliklə, Azərbaycanın siyasi proseslərinə xarici təsir elementləri gətirilməsi təhlükələri yaranır”.

Bu bəyanat faktiki olaraq xaricdə yaşayan azərbaycanlıların potensial casus ola biləcəyi anlamına gəlirdi.

Hakimiyyət senyabrın 11-də, hətta bu mövzuda - “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa da təşkil etmişdi.

Qənimət Zahid: "Elə bildilər ki, mühacirlər Vətəni unudacaq"

Hazırda xaricdə bir neçə videoyayım fəaliyyət göstərir, onların arasında hakimiyyəti kəskin tənqid edən “Azad söz”, “Osmanqızı” və “Azərbaycan saatı” yayımlarının üst -üstə yarım milyona yaxın- 439 min abunəçisi var.

Hakimiyyətdən maliyyələşən media qurumları belə rəqəmləri yalnız xəyal edə bilər.

Qənimət Zahid
Qənimət Zahid

“Azərbaycan saatı” layihəsinin direktoru Qənimət Zahid deyir ki, bu yayımların əhali arasında nüfuzu getdikcə artır və hakimiyyəti də narahat edən elə budur.

Onun sözlərinə görə, bu kanalların hər birinin aylıq izləyici sayı 3-6 milyona arasında olur:

“Bunlar elə bilirdilər ki, mühacirlər vətəni tərk etməklə kifayətlənməlidirlər, həm də vətəni unutmalıdırlar. Məsələnin unikal tərəfi də elə budur. Bəlkə 7-8 il əvvələ qədər durum fərqli idi, sosial şəbəkələr bu qədər inkişaf edərək bütün cəmiyyətin xidmətində deyildi. O zamanlar adamları ölkədən qovub çıxartmaq Əli Əhmədov zümrəsində arxa nəticələr doğurmayacaq qədər məmnunluq yarada bilərdi. Amma indi durum tamamilə fərqlidir. Sosial şəbəkələr, inkişaf etmiş texnologiyalar imkan verir ki, biz öz vətənimizdəki ictimai-siyasi proseslərin virtual da olsa, bilavasitə iştirakçısına çevrilək və bunu əlbəttə ki, sona qədər edəcəyik”.

Qənimət Zahid iddia edir ki, hakimiyyət yerli mediada tənqidi dayandırsa da, mühacirlərin sayəsində ölkəni informasiya blokadasında saxlaya bilmir və online mühacir TV-lərin qarşısını ala bilmədiyi üçün belə bəyanatlar verirlər.

AzadlıqRadiosu Bakı sakinlərinin fikirlərini öyrənib:

Mühacirlərin hakimiyyət barədə tənqidlərini necə qiymətləndirirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Heydər Əliyevin özü də mühacir olub

Hakimiyyətin siyasi kursunu dəstəkləyən – Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı elə sentyabrın 11-də jurnalistlərə deyib ki, mühacirlər ayrı-ayrı şəxsləri təhqir edirlər.

Qənimət Zahid isə buna cavabında deyir ki, onlar sərt tənqid edə bilərlər, amma təhqirə heç bir halda keçmirlər.

Hakimiyyəti tənqid edən mühacirlər Azərbaycan dövləti üçün təhlükə yaradırmı? Baş nazirin müavini Əli Əhmədov iddia edir ki, bu mühacirlər xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilər.

Özü də mühacir olan, “Ayna”-“Zerkalo” qəzetlərinin keçmiş şərhçisi Rauf Mirqədirov Əli Əhmədovun bu fikri ilə razılaşmır, deyir ki, indiki prezidentin atası Heydər Əliyev özü də Azərbaycanda siyasətə gələnə qədər xaricdə fəalliyyət göstərmişdi, odur ki, xaricdə yaşamaq və fəaliyyət göstərmək bu anlama gəlmir ki, mühacirlər xüsusi xidmət orqanları tərəfindən ələ alına bilər.

Bəs xaricdən orden-medal alan rəsmilər necə?

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə də deyir ki, Əli Əhmədovun iddiası əsassızdır:

“Xarici kəşfiyyatların Azərbaycanda cəsuslar əldə etmək üçün çox gözəl imkanları var. Bu yaxınlarda MTN-də xarici kəşfiyyata işləyən bir qrup adam tutdular. İndi nə edək, MTN-i bağlayaq? Bizim yüksək rütbəli məmurlar gündə xarici dövlətlərdən orden-medal alırlar. Bu, şübhə doğurmurmu Əli Əhmədovda?! Bu barədə Əli Əhmədovun opponentləri gecə-gündüz yazırlar ki, necə oldu bunlara orden verildi orda-burda”.

Politoloq bildirir ki, harda olmasında asılı olmayaraq, azərbaycanlının ölkə barəsində rəy bildirməsi, fəallıq göstərməsi heç siyasi proseslərə müdaxilə sayıla bilməz.

2014-cü ilin sonunda, Azərbaycanda yerli və xarici qeyri-hökumət təşkilatlarının bir çoxu bağlandı, ictimai fəallar hakimiyyətin onlara təzyiq göstərdiyini əsas gətirib ölkəni tərk etdilər, bəzi müstəqil və tənqidi media qurumları da fəaliyyəti dayandırdılar. Fəalların xaricdən fəaliyyəti genişləndi, tənqidi video yayımların sayı artdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG