Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:45

Putin Ramiz Mehdiyevi təltif etdi


R.Mehdiyev

Azərbaycanda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə Rusiyanın «Şərəf» ordeni təqdim olunub.

Soçidə təhlükəsizlik məsələlərinə nəzarət edən yüksəkvəzifəli nümayəndələrin 9-cu Beynəlxalq görüşü keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə 117 ölkə, o cümlədən Azərbaycan da təmsil olunur.

Toplantıda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Görüşü açan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu ölkənin dövlət başçısı Vladimir Putinin təbrik məktubunu oxuyub, gündəliyə daxil edilən mövzular barədə məlumat verib.

Görüşdə Azərbaycanı Prezidenti Administrasiyasının rəhbəri R.Mehdiyev, prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Prezident Administrasiyasının sektor müdiri Otari Qvaladze təmsil ediblər.

R.Mehdiyev «Beynəlxalq terror təşkilatlarının strategiyası və taktikasının təkamülü» mövzusunda çıxış edib. Çıxışda beynəlxalq terrorçu təşkilatların fəaliyyətində müşahidə olunan son tendensiyalar barədə məlumat verilib. Habelə, bu destruktiv fəaliyyətin qarşısının alınmasından ötrü bütün dövlətlərin səylərinin birləşdirilməsinin və terrorçuluğa münasibətdə ikili standartlar siyasətindən imtina edilməsinin vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində R.Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi N.Patruşevlə görüşüb.

N.Patruşev qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafında xidmətlərinə görə dövlət başçısı V.Putin R.Mehdiyevin «Şərəf» ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. N.Patruşev sərəncamı və ordeni R.Mehdiyevə təqdim edib.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Rusiya prezidentinin ona göstərdiyi yüksək diqqətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, Rusiya-Azərbaycan əlaqələri dinamik inkişaf edir, ölkələr arasında daim dialoq aparılır və bu işdə dövlət başçılarının mühüm rolu var.

Toplantının aprelin 24-də başladığı və aprelin 26-da başa çatacağı bildirilir.

Multimedia

XS
SM
MD
LG