Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:25

Şirkətlər telefonun gücünü bilərəkdən azaldırsa...


Smartfonlar
Smartfonlar

Bu yaxınlarda «Apple» daha köhnə «iPhone» modellərinin fəaliyyətini yavaşlatdığını etiraf edib. İndi qəzəbli istifadəçilər texnika nəhənginə qarşı çoxsaylı məhkəmə iddiaları qaldırırlar. Sual yaranır: «Apple»ın bu hərəkəti etməyə ixtiyarı çatırdımı?

Dekabrın 20-də «Apple» müştərilərin uzun müddət istifadə etdikləri köhnə «iPhone» modellərini yavaşlatdığını təsdiqləyib. Bunun ardınca çoxu uzun müddət «Apple» fanatı olmuş çoxsaylı müştərinin qəzəb dalğası baş qaldırıb.

Müştərilər deyirlər ki, «Apple» onları aldadıb. Üstəlik, texnika nəhənginin bu əməlinin üstü yalnız bir developerin bunu aşkarlamasından sonra açılıb. Təbii ki, müştərilər qəzəblərini sosial mediada bildirməklə kifayətlənmədilər. Şirkətə çoxsaylı məhkəmə iddiaları qaldırıldı.

***Buna da bax-'Apple' köhnə 'iPhone'ların sürətini gizlicə azaltdığına görə üzr istəyir

«Qanunvericilik olmalıdır»

Ottava Universitetinin Beynəlxalq hüquq qrupunun proqram direktoru Anthony Daimsis deyir ki, bu müştərilərin şikayət etməyə haqqı var. «Apple» kimi özəl şirkət istədiyini edə bilər, ancaq müştərini məlumatlandırmalıdır. ««Apple»sa müştərilərini cihazları yavaşlatmaq niyyətində olduğu barədə məlumatlandırmayıb», – Daimsis «Futurism» saytına deyib.

«Bir çox səbəblərə görə bu hərəkətə qarşı tədbir görülə bilər. Ancaq onların arasında ən sadəsi budur: müştərilər «Apple» alanda cihazın yavaşlama nəticəsində köhnələcəyini bilsəydilər, bunun əvəzində «Android», yaxud «Apple»ın başqa bir rəqibinin telefonunu alardılar. Nəticə etibarilə, sözsüz ki, müştərilərin etiraz haqqı var. Bu, müştəriləri «Apple»la müqaviləyə şirnikləndirən təhrifdir. Bu şirnikləndirmə və onunla bağlı təhrif müştəriyə təzminat hüququ verir», – deyə Daimsis bildirib.

"Apple"in rəhbəri Trumpın qadağasını tənqid edir
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Görünür, «Apple» öz müştərilərini telefonların işiylə bağlı problemlər haqda bilgiləndirsəydi, məsələ asanlıqla həll olunardı. Ancaq mobil cihazlar get-gedə daha çox sahəni əhatələdiyindən, gələcəyin texnikasında (məsələn, pilotsuz avtomobillər və onların proqram təminatında) da eyni problemin ortaya çıxması ehtimalı narahatlıq yaratmaya bilməz.

«Bu məsələ problemə çevrilə bilər. Biz bunu az sayda iştirakçının bazara nəzarət etdiyi simsiz və internet kontekstində artıq görürük. Məncə, bu, gələcəkdə qanunvericilik məsələsi olacaq və bu, artıq belə olmalıdır. Bunun qarşısını almağa qanunvericilik olmalıdır», - Daimsis deyir.

***Buna da bax-'Apple' söz verir ki, 'iPhone X'in problemini çözəcək

««Apple» istədiyini edə bilməz»

Cihazla onun proqram təminatı arasındakı fərqə gəlincə, sahiblik məsələsi də narahatlıq doğurur. «Telefonu alıram və mənim olur. Apple cihazın özünə heç nə edə bilməz, «mənə daha çox pul ödə» deyə bilməz. Ancaq «Apple»ın proqram təminatından istifadə etməyə razılıq verdimsə, məsələ bir qədər fərqlidir», – Daimsis «Futurism» saytında deyib.

Mütəxəssisin sözlərinə görə, proqram təminatı ilə müştəri lisenziya müqaviləsinə daxil olur: «Yenə də, «Apple» istədiyini edə bilməz. Edə biləcəyini də bilməliyəm... «Apple» məni onun proqram təminatından istifadəm zamanı ona təsir edəcəyi haqda yetərincə bilgiləndiribmi? Buna şübhə edirəm. Bu isə problemdir, çünki bu halda nəticə etibarilə onlar məndən icazə almadan telefonuma təsir edirlər».

Dekabrın 28-də «Apple» rəsmən müştərilərindən üzr istəyərək, təxminən bir il öncə köhnə «iPhone»lara yüklənən bir yeniləmənin tərkibindəki bir xassənin telefonların işinə təsir göstərdiyini etiraf edib. İndi şirkət «iPhone 6» və daha köhnə modellərin batareyalarını 29 dollara dəyişməyi təklif edir. Təklif bu il yanvarın sonundan dekabradək qüvvədə olacaq.

«Apple»ın məktubunda deyildiyi kimi, kimyəvi cəhətdən köhnəlmiş batareya yenisi ilə əvəzlənəndə, «iPhone»un işi öz normal halına qayıtmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG