Keçid linkləri

2018, 18 Yanvar, Cümə axşamı, Bakı vaxtı 11:55

Apple köhnə iPhone-ların sürətini gizlicə azaltdığına görə üzr istəyir


iPhone X

“Apple” şirkəti köhnə model iPhone-ların sürətini gizlicə azaltdığına görə üzr istəyib. “Associated Press” agentliyi yazır ki, şirkət bunu batareyanın zəifləməsi üzündən qəfil sönmələri önləmək üçün etdiyini bildirir.

Şübhələr

Müştərilərin çoxu şirkətin bu addımı yeni model telefonlara tələbatı artırmaqdan ötrü atdığını deyir. Elə Apple-nın ilkin dövrdə bunu açıqlamaması, sürətin yavaşımasına heç bir səbəb göstərməsi bu şübhələri gücləndirib.
Apple onu da bildirib ki, gələn il boyunca batareya dəyişməyin qiymətini 50 dollar azaldaraq 29 dollara salacaq. Daha öncə batareyalar 79 dollara satılırdı.

*** Buna da bax: Apple söz verir ki, iPhone X-in problemini çözəcək

Üzr istəyirik. Heç vaxt Apple məhsulunun ömrünü qəsdən qısaldacaq, ... istifadəçilərə problem yaradacaq heç nə etmərik”, – şirkət vebsaytında bildirib.

Yanvarın sonundan iPhone 6, yaxud ondan əvvəlki model, yeni batareya gərəkən telefon sahibləri üçün dəyişmə planı başlanır.

Apple onu da bildirib ki, gələn ilin əvvəlindən əməliyyat sisteminə yeniləmə də dərc edəcək, istifadəçilər telefonlarının batareyası haqda daha bilgili olacaqlar, onun durumunu öyrənə biləcəklər.

iPhone X-ə tələbat az olacaq

Bu ay açıqlanan hesabat telefonların sürətinin qəsdən azaldıldığını üzə çıxarıb. Müştərilər buna qəzəbli reaksiya veriblər. Yalnız bundan sonra Apple sürətin məqsədli azaldıldığını bildirib. Bu həftə şirkətin səhmləri 2,5 faiz düşüb, sonradan qismən bərpa olunub. Təhlilçilər iPhone X-ə tələbatın da proqnozlaşdırıldığından az olacağını bldiriblər.

Texas, İllinoys, Kaliforniya və Nyu Yorkda müştərilər, azı beş qrup şirkəti məhkəmədə də veriblər.

*** Buna da bax: 'Apple' İrandakı populyar apps-ləri silir

“Creative Strategies” şirkətinin təhlilçisi Ben Bajarin agentliyə deyib ki, Apple indi çox çətin bir durumdadır – bütün Litium İon (Li-İon) batareyalarının zamanla zəifləməsini necə yoluna qoyduğunu izah etməlidir.

Səhv varsa bu, daha artıq şəffaflıqla bağlı deyil. Onlar qanuni şəkildə adamların iPhone telefonlarının ömrünü uzatmağa çalışırdılar”, – təhlilçi söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG