Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Niyə tuturlar? Son bir neçə günün həbslərinə mümkün izahlar


Gündüz Ağayevin karikaturası
Gündüz Ağayevin karikaturası

İntiqam Əliyev: “Fuad Qəhrəmanlını, Natiq Cəfərlini, Elgiz Qəhrəmanı həbs edə bilərlər, amma iqtisadi fəlakəti, devalvasiyanı, artan işsizliyi həbs etmək mümkün deyil. Hökumət bunu anlamalıdır.”

Son bir neçə gündə Azərbaycan cəmiyyəti yenidən siyasi fəalların həbsinə şahid olur. REAL-ın icraçı katibi, iqtisadçı Natiq Cəfərli qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadədə, NİDA-çı gənc Elgiz Qəhrəman narkotik vasitələri, psixotrop maddələri hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmada ittiham olunurlar. Siyasi fəal Bəxtiyar Hacıyev “xırda xuliqan” kimi bu dəqiqələrdə məhkəmə qarşısına çıxarılıb. Günün sonuna doğru yeni həbslərlə bağlı hələlik doğrulanmamış başqa məlumatlar da gəlməkdədir.

Sosial şəbəkələrdə, yerli KİV-lərdə bu həbslər “yeni dalğa” kimi qiymətləndirilir.

Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü Astan Şahverdiyev bu həbslərdən xəbərsiz olduğunu və şərh verə bilməyəcəyini söylədi.

Səməd Seyidov
Səməd Seyidov

DEPUTATIN İZAHI - HEÇ NƏ ƏSASSIZ DEYİL

Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna bu həbslərdən danışarkən deyib ki, burda qeyri-adi nəsə yoxdur, hüquq-mühafizə orqanları “qanun çərçivəsində obyektiv araşdırmaq aparırlar”:

Səməd Seyidov Azərbaycanda son həbslər barədə
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid

“Referendum ərəfəsində və ya başqa tədbirlər ərəfəsində tuthatut haqqında danışırsınız, bu, mənə qəribə gəlir. Azərbaycanda nə referendum, nə də hansısa başqa hadisələr ərəfəsində kimlərisə boş yerə tutmurlar, həbsxanaya göndərmirlər. Həbs olunanlar yəqin hansısa qanun pozuntularına yol veriblər ki, onları bu proseslərə cəlb ediblər. Hər bir halda, hüquq-mühafizə orqanlarının işlərinə müdaxilə etmək düzgün deyil”.

Səməd Seyidovun fikrincə, həbslərin arxasında siyasi motiv axtarmaq da düz deyil.

İntiqam Əliyev
İntiqam Əliyev

ADAMLARI HƏBS ETMƏK ÖLKƏNİN PROBLEMLƏRİNİ HƏLL EDİRMİ?

Hüquq müdafiəçisi İntiqam Əliyev həbslər haqda başqa mövqedədir. Onun sözlərinə görə, “həbslər, işgəncələr, repressiyalar bu idarəçiliyin, sistemin mahiyyətindən irəli gəlir”:

Hüquq müdafiəçisi İntiqam Əliyev son həbslər barədə
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00
Direct-ə keçid

“İndiki hakimiyyət ölkəni başqa cür idarə etmək qabiliyyətində və gücündə deyil. Siyasi, iqtisadi azadlıqlar, keyfiyyətli təhsil, insanlara yönəlik sosial siyasət bu idarəçilik, bu sistem üçün təhlükəlidir. Nə qədər pis səslənsə də, həbslər də davam edəcək, işgəncələr də, buna oxşar repressiyalar da. Hakimiyyət basqıları davam etdirəcək, bu yolla sistemi qoruyub saxlayır. O bu yolla topluma mesaj verir ki, “səsinizi çıxarmayın, etiraz etməyin””.

İntiqam Əliyev son həbsləri daha çox sentyabrda keçiriləcək “referendumöncəsi gözlənilən canlanma” ilə izah edir.

O, indi Azərbaycanda “cümhuriyyətçilər, azadlıq tərəfdarları ilə feodal təfəkkür” arasında mübarizə getdiyini deyir. Buna görə də son həbsləri qanunauyğun sayır. Ancaq hüquq müdafiəçisi əlavə edir:

“Fuad Qəhrəmanlını, Natiq Cəfərlini, Elgiz Qəhrəmanı həbs edə bilərlər, amma iqtisadi fəlakəti, devalvasiyanı, artan işsizliyi həbs etmək mümkün deyil. Hökumət bunu anlamalıdır”.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

REPRESSİYALARA DƏSTƏK

İntiqam Əliyev Azərbaycanın Türkiyə və Rusiya ilə yaxınlaşmasının ölkədəki proseslərə “mənfi təsir” göstərdiyini bildirir:

“Türkiyədə baş verənlərdən Azərbaycan hakimiyyəti siyasi opponentlərini sıradan çıxarmaq üçün istifadə etməyə çalışır. Rəsmi mediada, ona yaxım media qurumlarında siyasi fəalların əleyhinə aparılan qara PR-ın məqsədi də budur. Azərbaycanın Rusiya və Türkiyəyə doğru getməsi burdakı repressiyalara dəstək verir”.

Bununla belə, hüquq müdafiəçisi yenə də nikbindir və bu cür həbslərin hakimiyyətin əleyhinə işlədiyini və iqtidarın düşməni olan iqtisadi durumu həbs etməyin mümkün olmadığını vurğulayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG