Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:59

3 intihar olayının baş verdiyi bildirilir


Foto illüstrasiya
Foto illüstrasiya

Avqustun 12-si və 13-də ölkə ərazisində azı üç intihar olayının baş verdiyi bildirilir.

Avqustun 12-də Şəmkir şəhərində yaşayan Qafqaz İsgəndərovun həyətində odlu silahdan açdığı atəşlə canına qıydığı iddia olunur. Olayı Şəmkir prokurorluğu araşdırır. Şəmkir polisi əməkdaşlarının intihar yerindən nömrəsi silinmiş «Revolver» tipli tapança, 4 ədəd patron və 1 ədəd giliz götürdükləri bildirilir.

Daha bir intihar olayının Ucarda baş verdiyi deyilir. Ucar rayon Qaracallı kəndi sakini, iki uşaq anası Gülnar Qasımovanın yaşadığı evdə asılmış meyiti aşkarlanıb. Onu xilas etmək mümkün olmayıb.

APA isə Samux rayonunda intihar hadisəsindən yazır. Həmin xəbərə görə, rayonun Çobanabadlı kənd sakini Fuad Mərdanovun avqustun 12-də yaşadığı evin həyətində asılmış meyiti tapılıb. Atası onu xəstəxanaya çatdırsa da, həkimlər 25 yaşlı gənci xilas edə bilməyiblər.

Hələlik, səbəblər açıqlanmır. Araşdırma davam edir.

Son illər ölkədə intihar hallarının artdığı bildirilir. Ölkə mətbuatında yayılan araşdırmalara görə, insanlar daha çox maddi çətinlik və hüquqsuzluqdan canlarına qıyırlar.

XS
SM
MD
LG