Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 23:41

Qax və Qubada intihar olduğu deyilir


İp (arxiv fotosu)

Son iki gündə ölkə ərazisində iki intihar olayının baş verdiyi bildirilir.

Report-un xəbərinə görə, oktyabrın 19-da Qax rayonunda intihar hadisəsi baş verib.

Rayonun “Azərbaycan” küçəsində yaşayan 74 yaşlı Çingiz Mürsəl oğlu Razıyevin yaşadığı evin mətbəxində asılmış meyiti aşkarlanıb.

Yaxınlarının verdiyi məlumata görə, həmin vaxt onun həyat yoldaşı evdə olub. Ərini mətbəxdə asılı vəziyyətdə görən qadın, deməsinə görə, kömək çağırsa da faydası olmayıb.

Olayın səbəbi açıqlanmır.

Oktyabrın 20-də isə Quba rayonunda intihar hadisəsi baş verdiyi bildirilir.

Rayon prokurorluğundan APA-ya deyiblər ki, 48 yaşlı Hafiz Hacıəhməd oğlu Şirinovun da yaşadığı evdə asılmış meyiti tapılıb. Bu olayın da səbəbi, hələlik, açıqlanmır.

Hər iki faktı əlaqəli prokurorluq qurumları araşdırır.

Son vaxtlar ölkədə intihar hallarının çoxaldığı deyilir. Ekspertlər intihar hallarının səbəblərinin ayrıca araşdırılması məqsədi ilə yeni, müstəqil bir mərkəzin yaradılmasını təklif edirlər. Onlar düşünürlər ki, bəzən hökumət orqanları intiharların gerçək səbəblərini açıqlamırlar.

XS
SM
MD
LG