Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 07:37

Borc intiharları 2-ci yerə çıxıb

Yanvarın əvvəlindən bu bəri Azərbaycanda azı 57 nəfər intihar, yaxud buna cəhd edib. Onlardan 20 nəfəri banka borcu və maddi çətinliklərə görə canına qəsd etdiyini deyib.

Azərbaycan mediasında xüsusilə ilin əvvəlindən az qala hər gün kiminsə özünü öldürməsi, intihara cəhdi haqqında məlumatlar yayır. Bakıdakı ekspertlər qurbanların son vaxtlar özlərinə qəsd üçün "Bank borcu", "Maddi imkansızlıq" səbəblərini daha çox gətirdiklərini deyirlər. Ekspertlər onu da əlavə edirlər ki, Azərbaycanda intiharların rəsmi statistikası aparılmır. Buna görə, intiharların sayında son vaxtlar hiss edilən tendensiyanın gerçək mənzərəsi - artması, yoxsa, azalması haqqında bir söz demək olmur. Medianın monitorinqi əsasında bu il yanvarın 1-dən martın 4-ə qədər Azərbaycanda özünəqəsdləri bir araya toplamışıq. Yaranan mənzərə aşağıdakı kimidir:

​​

XS
SM
MD
LG