Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:40

İntiharların statistikası aparılmır


Azad İsazadə
Azad İsazadə

-

«Azərbaycanda intiharlar 2011-ci ildən artmağa başlayıb». Psixoloq Azad İsazadə bu fikirlərini ölkədəki intiharlarla bağlı AzadlıqRadiosuna verdiyi müsahibədə bildirib.

Onun deməsinə görə, iqtisadi böhran intiharların sayını daha da artırır:

«Əvvəllər risk qrupu yeniyetmə və 55-60 yaş arasındakı insanlar idi. İndi yeni fokus qrupu var. Bu, kreditlərlə bağlı yaranan risk qrupudur».

A.İsazadə deyir ki, hazırda bu risk qrupu arasında intihar halları daha çox üstünlük təşkil edir. Psixoloqa görə, sosial problemlərin artması intiharları çoxaldır: «Təəssüf ki, buna qarşı tədbir görülmür. Bununla məşğul olan bir mərkəz və ya qurum yoxdur. Statistika aparılmır, regionlarda vəziyyət necədir, bunu bilmirik. Real araşdırmalar yoxdur, ancaq mətbuat nələri qeydə ala bilirsə, o sayı bilirik. Bu intiharların gerçək səbəb və xarakteristikası haqda bilgiyə malik deyilik».

XS
SM
MD
LG