Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:58

İnternet şirkətlərinə nəzarət olunmalıdırmı


Tim Berners-Lee
Tim Berners-Lee

Dünya internet şəbəkəsinin (worldwide web) yaradıcısı Tim Berners-Lee bazar ertəsi günü «internetin silaha çevrilməsi»nin önlənməsi üçün güclü internet platformaları və sosial media şirkətlərinə nəzarət olunmasını təklif edib.

Britaniyalı alim internet şəbəkəsinin yaradılmasının 29-cu ildönümü münasibətilə açıq məktubda yazıb ki, hazırda ideya və fikirlərin yayılmasına nəzarət edən «yeni gözətçilər dəstəsi» üstünlüyü əlində saxlayır.

«Gücün bir neçə şirkətin əlində cəmləşməsi şəbəkənin ...silaha çevrilməsini mümkün edir. Son illərdə biz sosial media platformalarında konspirasiya nəzəriyyələrinin trend olmasını, saxta Twitter və Facebook hesablarının ictimai gərginliyi qızışdırmasını, xarici oyunçuların seçkilərə müdaxiləsini və cinayətkarların şəxsi məlumatları oğurlamasını görmüşük», – deyə Massaçusets Texnologiya İnstitutunun (MIT) 62-yaşlı professoru yazıb.

Trollar kimlərdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:00:58 0:00

50 milyon avro cərimə

Daha öncə bəzi Avropa hökumətləri ölkələrindəki demokratiyanın əsaslarını laxlada biləcək «saxta» xəbərlərin və nifrət çıxışlarını önləməkdən ötrü qanunvericiliyə müraciət etmək qərarına gəliblər.

Almaniyada yanvarın 1-də qüvvəyə minmiş qanuna görə, internet platformalarında yayılmış nifrət çıxışını 24 saat ərzində silməməyə görə 50 milyon avro (62 milyon dollar) məbləğində cərimə nəzərdə tutulub.

Fransa prezidenti Emmanuel Macron-un planlaşdırdığı yeni qanuna görə, hakimlərə seçki kampaniyası zamanı saxta xəbərlərin silinməsi haqda hökm çıxarma imkanı veriləcək.

Brüsseldə Avropa Komissiyasının internet platformalarına göndərdiyi bildirişdə deyilir ki, onlar xəbərdarlıq alandan sonra bir saat ərzində ekstremist məzmunlu paylaşımları silməyin yolunu tapmalıdırlar. Əks halda, qanunvericiliklə buna məcbur ediləcəklər.

Siyavuş Novruzovdan Facebook-la bağlı təklif
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Berners-Lee-nin Şəbəkə Fondu (Web Foundation) internetin daha açıq və inklüziv olmasını təbliğ edir. Ancaq alim əsas məqsədi gəlirin maksimallaşdırılması olan şirkətlərin problemi könüllü həll etmək niyyətinə daim şübhəylə yanaşıb. ​«...Qanuni və ya nizamlayıcı çərçivə bu problemlərin həllinə kömək edə bilər», – deyə o yazıb.

Münaqişədə «həlledici rol»

İri internet platformalarının istifadəçilərin məlumatlarından reklamı ünvanlı etmək üçün yararlanmasından narahatlıq ifadə edən Berners-Lee bildirib ki, şirkətlərlə internet vətəndaşlarının maraqları arasında balans tapılmalıdır: «Bu o deməkdir ki, biz texnologiya sektorunun maraqlarını istifadəçilər və ümumilikdə, cəmiyyətin maraqları ilə uyğunlaşdırmalı, proses zamanı cəmiyyətin müxtəlif zümrələri ilə məsləhətləşməliyik».

Myanmada mümkün soyqırımı hadisəsini araşdıran BMT-nin insan hüquqları ekspertləri bazar ertəsi günü bildiriblər ki, Facebook bu münaqişə ətrafında nifrətin yayılmasında böyük rol oynayıb.

Facebook bu tənqidə dərhal münasibət bildirməyib. Ancaq şirkət daha öncə Myanmada nifrət çıxışlarını silmək və davamlı bu məzmunda paylaşımlar edənləri uzaqlaşdırmaq üzərində işlədiyini bildirmişdi.

BMT-nin müstəqil beynəlxalq araşdırma missiyasının rəhbəri Marzuki Darusman jurnalistlərə sosial medianın, ilk növbədə Facebook-un Myanmadakı münaqişədə «həlledici rol» oynadığını deyib.

Facebook siyasi reklam qaydalarını sərtləşdirir
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

«Hər şey Facebook vasitəsilə edilir»

BMT-nin Myanma üzrə araşdırmaçısı Yanghee Lee deyib ki, Facebook ictimai, mülki və özəl həyatın nəhəng hissəsini təşkil edir və hökumət informasiyanı ictimaiyyət arasında yaymaq üçün onun imkanlarından yararlanıb.

«Myanmada hər şey Facebook vasitəsilə edilir», – deyə o, jurnalistlərə bildirib. O əlavə edib ki, Facebook yoxsul ölkəyə kömək etsə də, nifrətin yayılmasında da az rol oynamayıb: ​«Ondan ictimai mesajların çatdırılmasında istifadə olunub. Ancaq bilirik ki, ultramillətçi buddistlərin öz Facebook-u var. Onlar rohincalara, yaxud digər etnik azlıqlara... zorakılıq və nifrət aşılayırlar. Təəssüf ki, Facebook artıq öz ilkin məqsədlərindən çıxaraq yırtıcıya çevrilib».

Myanmadakı ifrat millətçi rahiblərdən ən tanınmışı Ashin Wirathu-dur. Ona bir il moizə oxumaq yasaqlanmışdı. Şənbə günü bu qadağanın vaxtı bitib. O deyib ki, onun müsəlmanlara qarşı çıxışlarının Rakhayn ştatındakı zorakılıqla heç bir əlaqəsi yoxdur.

«Əgər bir şəxs davamlı olaraq nifrət aşılayan kontent yayırsa, bir sıra addımlar ata, o cümlədən onun paylaşım etməsini müvəqqəti yasaqlaya, son nəticədə hesabını bağlaya bilərik», - deyə Facebook Wirathu-nun hesabına dair suala cavabında bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG