Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:37

'İnsanlar inanırdılar ki, seçki yolu ilə yenilik gətirmək olar'


Seçki məntəqəsi
Seçki məntəqəsi

Bələdiyyə seçkilərində qeydiyyat mərhələsi davam edir.

Astara rayonundan olan ictimai fəal Asən Həşimli deyir ki, onlar bələdiyyə seçkisinin gedişini muşahidə edirlər:

“Bələdiyyə üzvlüyünə seçiləcək adamların siyahılarının tutulması barədə məlumat almışıq. Seçkilərdə həmişə aktiv iştirakçı kimi , həm də namizəd kimi də fəaliyyətim olub. Əksər hallarda dairədə, məntəqələrdə müşahidəçi qismində seçkini izləmişəm. Ötən seçkilərin birində 77 saylı Astara Seçki Dairəsində, oğlumla birgə bu dairənin 2 saylı məntəqəsində müşahidəçi idik. Biz orda “karusel” də ( Bir namizədən bir neçə məntəqədə səs verməsi belə adlandırılır-red) gördük, topa-topa bülletinlərin atıldığını da...”

Amma bundan əvvəl keçirilən seçkilərdə Mərkəzi Seçki Komissiyası “ karusel” və qutulara topa-topa bülletenlərin atılması ilə bağlı iddiaları bir qayda olaraq təkzib ediblər.

“Ən pisi odur ki,...”

Asən Həşimli
Asən Həşimli

Amma Asən Həşimli isə əlavə edib ki, seçki məntəqələrində qanun pozuntusuna yol verənlər cəzasız qalıb öz vəzifələrini davam etdirirlər:

“Elə bilirdim ki, seçkidən-seçkiyə hər şey qaydasına düşəcək.Seçkini təkminləşdirəcəklər. Ən pisi odur ki, əksər müxalifət partiyaları seçkiyə getmirlər.”

“Namizədliyini bələdiyyə üzviliyinə yazırlar, o adamın xəbəri yoxdur ”

Uzun müddət 73 saylı Lənkəran şəhər Seçki Dairəsinin seçki komissiyasında təmsil olunmuş Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev də bələdiyyə seçkilərinə marağın yetərincə olmadığını deyir:

“10-15 il bundan əvvəl vəziyyət fərqli idi. Dairə Seçki Komissiyasının üzvü kimi bunu görürdüm. İnsanlar inanırdılar ki, seçki yolu ilə yenilik gətirmək olar. İndi o yoxdur. Namizədliyini bələdiyyə üzviliyinə yazırlar, o adamın xəbəri yoxdur.Tanıdığım bir adam var açıq sürətdə deyir ki, istəmirəm. Gedib şəkil çəkim, vaxt itirm, nəyimə lazımdır. Hətta onlara deyirlər ki, narahat olmayın, imzaları toplayarıq, sənədləri doludurarıq. Bir qalır şəkil çəkmək.Vəziyyət belədir.”

“Bələdiyyələr hökumətə tabe olunub”

Rahim Nuriyev
Rahim Nuriyev

Rahim Nuriyevin fikrincə, bilərkdən xoşagəlməz vəziyyət yaradırlar:

“Bələdiyyələr hökumətə tabe olunub. Rayon icra hakmiyyətləri bələdiyyələrə nəzarət edir. Hökumətin beşinci təkəridir. Ona görə də əhali bələdiyyəyə inanmır. Bütün bunlar, əhalinin seçki müddətində aktiv olmasına mənfi təsir göstərir. Elə bil seçki başlamayıb. Hiss olunmur. Bilmirəm sonra nə olacaq? Belə getsə növbəti bələdiyyə seçkisində namizəd olanları barmaqla sayacaqlar. ”

“Seçkiyə getmək lazımdır”

Amma Astara rayonun Siyətük kənd sakni Şamil Şabanov bələdiyyə seçkisinə fərqli yanaşır:

“Dairə seçki komissiyasına müraciət etdim. Mənə sənədlər verdilər. Sənədləri və imza vərəqələrini təhvil verdim. Məni bələdiyyəyə namizəd kimi qeydə aldılar. Heç bir problem olmadı. Əksinə, mənə dəstək oldular. Seçkiyə getmək lazımdır. Mən özümə inanıram. Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Əhali arasında söhbət gedir ki, siyahı var. O siyahı ilə də seçiləcəklər. Seçkiyə gedən partiyalar, adətən namizədliyi irəli sürülən üzvlərindən ibarət siyahı tərtb edirlər. Bu normal haldır. Amma mən bitərəfəm. Seçki ilə bağlı bütün işləri özüm görürəm.”

Bu dairədə seçki komissiyalarından aldığımız məlumatlara görə, hakim Yeni Azərbaycan Partiyası, Ümid, Azərbaycan Demokratik İslahatlar Partiyası və Ana Vətən Partiyası-ndan bələdiyyələrə namizədlər irəli sürüblər.

Rəsmi qurumlar bələdiyə seçkilərində kimlərinsə seçiləcəyi ilə bağlı əvvəlcədən siyahıların olması haqqında iddiaları isə əsaslı saymırlar.

Xatırlatma

Dekabrın 23-də Azərbaycanda sayca 5-ci bələdiyyə seçkiləri keçirilməlidir. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə gerçəkləşib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG