Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:58

Norveç insan hüquqları Fondu Azərbaycana dönmək istəyir


Qrafik / "Həbs" mövzusunda, İranlı karikaturaçı, 13 dekabr 2016
Qrafik / "Həbs" mövzusunda, İranlı karikaturaçı, 13 dekabr 2016

İnsan Hüquqları Evləri Fondu (HRHF) Azərbaycanda öz fəaliyyətinin bərpası imkanlarını və şəraiti öyrənir. Bakıda səfərdə olan HRHF-in direktoru Mariya Daxle bildirib ki, burda qurumun ofisinin bərpasının mümkünlüyü də nəzərdən keçirilir.

HRHF-nin nümayəndə heyəti martın 31-də bir qrup ictimai fəalın yaratdığı Sivil Toplum Platformasının təmilçiləri ilə, o cümlədən, Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev və başqa rəsmi şəxslərlə görüşlər keçirib.

Görüşlərdə ölkədəki ictimai-siyasi vəziyyət, sosial-iqtisadi durum, vətəndaş cəmiyyəti institutlarının, insan hüquq və azadlıqlarının vəziyyəti müzakirə mövzusu olub.

Bundan öncə rəsmi səviyyədə beynəlxalq donorların işləmək üçün Azərbaycana dəvət edilməsi barədə bəyanatlar səslənib. Həmçinin onların fəaliyyəti üçün qanunverici məhdudiyyətlər azacıq yumşaldılıb.

Bir neçə il əvvəl “çirkli pulların yuyulması” ittihamı ilə onlarla yerli vətəndaş cəmiyyəti təmsilçisi və bir neçə xarici QHT-lərin Bakı ofisləri istintaq araşdırmalarına məruz qaldı, bəziləri ölkəni tərk etməli oldular.

Son illərdə insan haqları müdafiəsi sahəsində çalışan beynəlxalq qurumların təmsilçilərinin Azərbaycana səfər etmnəsində problemlər yaşanır.

Bir ay əvvəl hazırda Londonda yaşayan hüquqşünas Ramute Remezaite Bakı hava limanında saxlanmış, ardınca geri qaytarılmışdı. R.Remezaite uzun müddət Bakıda yaşayıb. O, Media Hüququ İnstitutunda Azərbaycanda basqılara məruz qalan jurnalistlərin Avropa Məhkəməsinə şikayətlərinin hazırlanamasında iştirak etmişdi.

Ramute Remezaite
Ramute Remezaite

Buna da bax: Britaniyalı hüquqşünas Bakıya buraxılmadı

Ondan əvvəl Human Rights Watch təşkilatının tədqiqatçısı Giorgi Gogia, Britaniyanın Platform London təşkilatından Emma Hughes Azərbaycana buraxılmamışdı.

Xatırlatma

2014-cü ildən başlayaraq əksər beynəlxalq donor təşkilatları Azərbaycanı tərk edib. Bu hökumtin QHT qanunvericiliyinə xeyli dəyişikliklər etməsindən sonra baş verib.

Son zamanlar rəsmi səviyyədə beynəlxalq donorların işləmək üçün Azərbaycana dəvət edilməsi barədə bəyanatlar səslənib. Həmçinin, onların fəaliyyəti üçün qanunverici məhdudiyyətlər azacıq yumşaldılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG