Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Koronavirusdan azad düşüncəyə qarşı istifadə edilir


İnsan haqları fəalları deyirlər ki, Qazaxıstanda koronavirus epidemiyası ilə bağlı qoyulmuş məhdudiyyətlərdən fərqli düşüncə üzərinə hücumlar üçün istifadə olunur.

Bu ölkədə ötən həftəsonu bir neçə aparıcı vətəndaş və insan haqları fəalı həbs edilib. Onlar pandemiya barədə saxta xəbər yaymaqda ittiham olunurlar.

Almatıda yaşayan fəal Marzhan Aspandiyarova aprelin 20-də AzadlıqRadiosuna deyib ki, insan haqları fəalları siyasi motivli ittihamlarla həbs olunurlar.

Həftəsonu həbs edilmiş Alnur Ilyashev, Arman ShuraevUlan Shamshet-ə qarşı koronavirus məhdudiyyətlərinin pozulması ittihamı irəli sürülüb. Onları habelə COVID-19 barədə saxta xəbərlər yaymaqda ittiham edirlər. Həbs olunanların ümumi cəhəti onların hökumət tənqidçisi olmalarıdır.

Baş prokurordan tələb edilir

Ilyashev aprelin 18-də Almatı məhkəməsi tərəfindən 2 aylıq həbs cəzasına məhkum edilib.

Shuraev, Shamshet və saxlanmış başqa onlarca fəal məhkəmələrini gözləyirlər.

Qazaxıstan İnsan Haqları Bürosunun direktoru Yevgeny Zhovtis aprelin 20-də AzadlıqRadiosuna deyib ki, həbs olunanlar sosial media şəbəkələrində çox fəal idilər və hökumətin onları həbs etməsində əsas motiv də elə budur:

"Hakimiyyət potensial siyasi liderləri cəmiyyətdən təcrid etməyə çalışır. Bizim ölkəmizdə avtoritar hakimiyyət bərqərar olub və bu rejim belə üsullarla nəzarəti əldə saxlamağa və öz hakimiyyətinə hər hansı təhlükəni neytrallaşdırmağa çalışır”.

Almatıdakı “Adil söz” jurnalist və bloger hüquqları təşkilatı həbslərlə bağlı narahatlığını bildirib.

Qrup baş prokuror Ghizat Nurdauletov-a yazdığı açıq məktubda həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG