Keçid linkləri

2025, 15 İyun, bazar, Bakı vaxtı 05:47

Indoneziyada zəlzələ və sunami nəticəsində 400-dək adam ölüb


İndonesianın Sulavesi adasında zəlzələ
İndonesianın Sulavesi adasında zəlzələ

İndoneziyada baş verən iki zəlzələ və ardınca gələn sunami nəticəsində 400-dək adam ölüb.

Hakim dairələr ölü sayının artacağını istisna eləmir.

Reuters və digər qərb agentliklərinin məlumatına görə, zəlzələ sentyabrın 28-i, yerli vaxtla saat 18 radələrində Sulavesi adasındakı Palu şəhərinin şimalında baş verib.

Yeraltı təkanlar 7,4 bal gücündə olub.

İndoneziyada zəlzələ
İndoneziyada zəlzələ

Palu şəhəri ilə ən yaxınlıqda yerləşən Dunqala şəhəri arasında əlaqə kəsilib.

Şəhərdəki hava limanı bağlanıb, limana yalnız vertolyotlar buraxılır.

350 min sakini olan şəhərdə bir çox binalar tamamilə və ya qismən dağılıb.

250 milyon nəfərdən çox əhalisi olan İndoneziyada tez-tez bu cür zəlzələlər baş verir.

XS
SM
MD
LG