Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:04

Gəncə sakini: 'Hökumətdən heç nə istəmirik, yaşamağa imkan versin'


Ekskavator

«Bakıdaydım, zəng vurdular ki, nə durmusan, özünü yetir, başçı torpaq sahənə buldozer göndərib, tikdiyin hasarı sökdürür».

Gəncə sakini İndiana Əliyeva ötən il elə Gəncədə torpaq sahəsi alıb. Adına rəsmiləşdirilmiş torpaq sahəsinə hasar da çəkdirib. Bu il iyulun 27-də Bakıda olarkən xəbər tutub ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının göstərişi ilə hasarı sökdürüb:

«PAPAĞINI GÖYƏ ATSIN»

«İki azyaşlı övladımla qapılarda kirayədə qalmışam. İkisi də xəstədir. Borc-xərclə 4 sot torpaq almışam ki, ev tikdirim. Ancaq imkan vermirlər. Vətəndaşın evsiz-eşiksiz qalmasının ilk səbəbkarı hökumət özüdür. Qəsdən vətəndaşa əngəllər yaradır ki, ev-eşik sahibi ola, adam kimi yaşaya bilməsin. Bax, mən özüm dişim-dırnağımla ev tikib balalarımı bir damın altına yığmaq istəyirəm, hökumətdən tələb etmirəm ki, mənə ev tiksin, sosial problemlərimi həll etsin. Hökumət papağını göyə atsın ki, vətəndaş bunu özü edir, onun yaxasından sallanmır. Heç olmasa, vətəndaşa bu işlərdə əngəl yaratmasın».

***Buna da bax-Şamaxı sakini: 'Torpağımı hasara ala bilmirəm, 1000 manat istəyirlər'

İndiana Əliyeva Gəncəyə dönəndə görüb ki, hasar daşları uçurularaq əraziyə səpələnib. Məsələni aydınlaşdırmaq üçün Nizami Rayon İcra Hakimiyyəti başçısı ilə görüşmək istəsə də, başçı onu qəbul etməyib.

İndiana xanım deyir, bundan əvvəl də hasar uçurdulubmuş:

«İyulun 27-də baş verən bu hadisə ilk deyildi. Bundan əvvəl də tikib başa çatdırdığım hasarı ağır texnikayla dağıtmışdılar. Mənim o hasarı tikdirməyə hər dəfə 4-5 min manat xərcim çıxır. Yəni, hər dəfə məni bu məbləğdə zərərə salırlar. Heç nə də demirlər, eləcə gözləyirlər, tikirsən, pusqu qururlar, torpaqdan uzaqlaşan kimi gəlib, söküb aradan çıxırlar».

«ƏRAZİ MÜBAHİSƏLİDİR»

Nizami Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, İndiana Əliyevanın hasar çəkmək istədiyi ərazi mübahisəlidir:

«O torpağın başqa sahibi də var və ərazi mübahisəlidir. Sahənin sahibi məhkəmə yoluyla müəyyən edilməmiş tikinti aparılması mümkün deyil».

***Buna da bax-Yasamal sakinləri: 'İlham Əliyev dovşana qaç, tazıya tut deyir'

İndiana Əliyeva da ona məxsus olan torpaq sahəsinin başqasına satıldığını deyir. Ancaq qeyd edir ki, torpağa dair bütün rəsmi sənədləri var və torpağın mülkiyyətçisi odur, buna görə də sərbəst tikinti aparılmasına maneçiliyi qanunsuz hesab edir:

«Torpaq adıma sənədləşdirildikdən bir neçə gün sonra xəbər tutmuşam ki, saxta sənədlərlə başqasına da satılıb. Ancaq mənim əlimdəki sənədlər saxta deyil və mülkiyyətçi mənəm».

Hüquqşünas Vaqif Alıyev deyir, əgər bir torpaq iki və iki nəfərdən artıq şəxsə satılıbsa, artıq mübahisəli sayılır və məsələ məhkəmə müstəvisində çözülməlidir.

«Hətta xanımın əlində mülkiyyətçilik sənədi varsa da, o, məhkəmədə iddia qaldırıb qarşı tərəfin saxta sənədlərinin ləğvini tələb etməlidir», – hüquqşünas bildirib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG