Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:45

İmtahansız qəbul rüşvətə yol aça bilərmi?


Paşinyanın oğlu Qarabağdan geri çağrıldı. Nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Paşinyanın oğlu Qarabağdan geri çağrıldı. Nə baş verir?

Ali məktəblərə qəbul qaydalarına dəyişiklik edilir. Mayın 22-də Nazirlər Kabineti yeni qaydaları təsdiqləyib. Həmin qaydalara görə fənn olimpiadaları, beynəlxalq müsabiqələrinin qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul oluna bilər.

Ali məktəblərə birbaşa qəbulla bağlı daha bir yaşıl işıq isə kollec məzunlarına yandırılıb. Belə ki, Təhsil Nazirliyi 2012-ci ildən sonra orta ixtisas məktəblərinin məzunlarının ali mətkəblərə imtahansız qəbulu qaydasını müəyyənləşdirib.

Trend informasiya agentliyinin məlumatına görə, bu haqda Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev məlumat verib:

“Orta ixtisas məktəblərinin məzunları qəbul imtahanlarında iştirak etmədən, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə eyni ixtisas üzrə qəbul olmaq imkanı əldə edəcəklər. Müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi və attestata üstünlük veriləcək”.

Bundan başqa müəyyən səbəblərdə ali təhsil müəssisələrindən azad olunan keçmiş tələbələr isə, birbaşa orta ixtisas məktəblərinə qəbul oluna bilərlər.

Testdən yavaş-yavaş imtina edilir?

Təhsil eksperti Nabatəli Qulamoğlu hesab edir ki, bu yeniliklər ali məktəbə rüşvət, tapşırıq və digər bu kimi hallara yol aça bilər. Nabatəli Qulamoğlu bir neçə dəfə Bakıda keçirilən fənn olimpiadalarında nəzarətçi müəllim olub. Hər hansı mənfi hallarla üzləşməsə də, deyir ki yeni qərarlar bir təhsil işçisi kimi onu ciddi narahat edir:

“Məsələn, hazırda fənn olimpiadalarında rüşvət hallarını müşahidə etməmişəm. Amma bu qaydalardan sonra bu sahəyə çirkli əllər uzana bilər. Mən fikirləşirəm ki, belə bir yeniliyi etmək çox tez idi”.

Nabatəli Qulamoğlu Təhsil haqda qanuna 2 il öncə edilən daha bir dəyişikliyi yada salır. Həmin dəyişikliklə 300-400 arası bal toplayıb, amma müsabiqədən keçə bilməyən abituriyentlərə ali məktəblərin hazırlıq kursuna qəbul olunub, bir illik kursu bitirəndən sonra tələbə adı qazanmaq şansı verilirdi.

Nabatəli Qulamoğlunun fikrincə, ali məktəblərə testlə qəbulun əsas məqsədi şəffaflıq idi. İndi bu şəffaflıq yavaş-yavaş məhdudlaşdırılır:

“Biz bu iradlar, mümkün rüşvət ehtimalları haqda təhsil Nazirliyinə də sorğu göndərdik. Lakin verliş efirə gedənəcən suallarımıza cavab ala bilmədik”.

Amma başqa bir ekspert, Təhsil Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov deyir ki, bu yeniliklər həqiqətən islahatlar məqsədi ilə edilirsə, təqdir olunmalıdır. Onun sözlərinə görə, Azərbaycanda əhalinin cəmi 17 faizi ali təhsillidir, buna görə də hökumət əngəlləri aradan qaldırmalıdır:

“Ali təhsil ocaqları hər kəs üçün əlçatımlı olmalıdır. Başqa sözlə, universitetin qapıları hər kəsin üzünə açıq olmalıdır. Amma əsas diqqət universitetlərdə təhsilin keyfiyyətinə yetirilməlidir. Məsələn, Britaniyanın Liverpul universitetinə ildə az qala yüz min tələbə qəbul olur, amma 4 il sonra onların cəmi on min nəfəri məzun ola bilir. Niyə? Çünki orda həqiqətən bilik və bacırıqlar qazanan, yaxşı kadr kimi yetişən tələbələr sonda diplom ala bilirlər. İndi bizdə təhsilin əlçatımlığı məsələsi öz həllini tapdı, universitetlər qismən də olsa qapılarını hər kəsin üzünə açır. Bundan sonrakı mərhələ isə məhz təhsildə keyfiyyət məsələsinin həlli olmalıdır”.

Bəs, Bakı sakinləri bu yeniliklər haqda nə fikirləşir. Məsələn, olimpiada qaliblərinin ali məktəblərə testdən kənar qəbuluna necə baxırlar:

Olimpiada qaliblərinin ali məktəblərə testdən kənar qəbuluna necə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Yada salaq ki, 1992-ci ildən Azərbaycanda ali məktəblərə qəbul yalnız test üsulu ilə mümkün idi. Lakin son illər bu sahədə bəzi istisnalara yol açılır. Bunu tədqir edənlər də var, köhnə sistemə qaydış kimi dəyərləndirənlər də.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG