Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 03:02

İmtahanların vaxtı dəyişə bilər


Məleykə Abbaszadə

Gələn il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar imtahanların vaxtında dəyişiklər edilə bilər.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Buna da bax:​ İmtahanlar birləşdirilir

M. Abbaszadə deyib ki, bu məsələ hazırda müzakirə olunur və sonda vəziyyəti nəzərə alaraq müvafiq qərar veriləcək.

“May ayında Bakıda müəyyən imtahanlar, hətta sınaq imtahanları keçirilməyəcək. İslam Həmrəylik Oyunları ilə əlaqədar may ayında Bakıda sınaq imtahanı keçirə bilməyəcəyik. Magistratura və rezidenturanın II mərhələsi ilə bağlı imtahanların vaxtı da müzakirə olunur. Məktəblərdə dərslər iyunun 14-də başa çatacağı üçün buraxılış imtahanları da həmin vaxtdan sonra təşkil olunacaq”, M.Abbaszadə bildirib.

Buna da bax:​ Qəbul imtahanı pullu olacaq

O, qeyd edib ki, imtahanların cədvəli tam təsdiqlənəndən sonra yanvarda ictimaiyyətə açıqlanacaq.

IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-dən 22-nə kimi Bakıda keçirilməlidir. Yarışlarda 21 növ üzrə 57 dövlətin 6 000-ə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Gələn ilin büdcə layihəsində IV İslam Həmrəyliyi Oyunları və “Formula”1 yarışlarına görə, 300 milyon manatdan çox pul ayrıldığı bildirilir.

Buna da bax: IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq

Bu təqribən bu ay enerji daşıycılarının qiymətinin artırılmasından əldə ediləcək vəsaitə bərabərdir.

Bu il “Formula”1 ötən il isə I Avropa Oyunlarına görə də, Bakıda bəzi imtahanların vaxtı dəyişmişdi.

Multimedia

XS
SM
MD
LG