Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:35

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq


Bakı.
Bakı.

-

Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları 3-cü Əlaqələndirmə Komissiyasının iclası başlayıb.

«Trend»in xəbərinə görə, tədbirdə Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov, Afrika Atletlər Konfederasiyasının prezidenti Hamad Kalkaba və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar iştirak edir.

İclasda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məsələlərinin müzakirə edildiyi bildirilir.

IV İslam Həmrəyliyi Oyunlarının 2017-c il mayın 12-dən 22- nə kimi Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

Ötən il Azərbaycanda I Avropa Oyunları keçirilib. Azərbaycan gələn ay isə «Formula-1» yarışlarına ev sahibliyi edəcək.

Hakimiyyətin opponentləri hesab edirlər ki, Azərbaycanda dövlətin sosial qayğısına ehtiyac hiss edən xeyli insanlar var. Dövlət büdcəsi belə idman yarışlarının təşkilindən öncə əhalinin ehtiyaclarına sərf edilməlidir.

XS
SM
MD
LG