Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:20

Imran Khan Pakistanın baş naziri oldu


İmran Khan
İmran Khan

Pakistanın baş naziri seçilən İmran Khanın avqustun 18-də andiçmə mərasimi olub.

Bu barədə Reuters və digər informasiya agemtlikləri məlumat verir.

Milli Assambleya onun bu vəzifəyə namizədliyini dünən-avqustun 17-də təsdiqləyib.

İslamabadda keçirilən mərasimdə prezident Mamnoon Hussain və digər ölkə rəsmiləri iştirak edib.

Ötən ay ölkədə keçirilən parlament seçkisində İmran Khan-ın partiyası daha çox səs toplayıb.

65 yaşlı İmran Khan həm də keçmiş kriket ulduzudur.

Onun partiyası təkbaşına hökumət yaratmaq üçün lazım olan 172 yeri qazana bilmədiyindən,indi koalision hökumət yaratmalıdır.

“Mənə dəyişiklik etmək imkanı verdiklərinə görə, insanlara, Tanrıya təşəkkür edirəm. Bu ölkəni qarət edənlər barədə hər birinizə hesabat verəcəm”,İmran Khan parlamentdə keçirilən səsvermədən sonra deyib.

Avropa Birliyindən olan monitorinq qrupunun məlumatına görə, ötən ayın 25-də keçirilən seçkilər bir sıra namizədlərə hədə-qorxu, təzyiqlər və kütləvi informasiya vasitələrində özünüsenzura ilə müşahidə olunub.

İmran Khan imtiyazlı ailədə dünyaya göz açıb və Britaniyanın “Oksford” universitetini bitirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG