Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

İlkin Rüstəmzadə: “Əllərimi arxadan qandallayıb saçımı qırxdılar”


İlkin Rüstəmzədə
İlkin Rüstəmzədə

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadə 13 Saylı Cəzaçəkmə Müəssisəsində incidildiyini bildirir.

Onun həbsxanadan göndərdiyi müraciəti NİDA Vətəndaş Hərəkatı yayıb.

“...Artıq 6-cı ildir ki, həbsdəyəm, ilk dəfədir ki, özümü bu qədər gücsüz hiss edirəm. İlk dəfədir ki, dəstəyinizə bu qədər böyük ehtiyacım var. Artıq boğuluram, nəfəs ala bilmirəm... Heç kimə tətbiq olunmayan ən sərt məhdudiyyətlər, ən xırda məsələlərə ilişmələr, gündəlik didişmək məcburiyyətində qaldığım hər cür təxribatlar. Bunlar hələ bir hissəsidir. Artıq hiss edirəm ki, gücüm çatmır. Əllərimi arxadan qandallayıb saçımı qırxdılar”, yazan gənc fəalın bildirməsinə görə, ardınca ona bildiriblər ki, yanlışlıq olub.

Buna da bax:"İlkin Rüstəmzadənin ailəsi əfv gözləyir"

“Sakitlik cəmi 1 ay çəkdi. Bir aydan sonra yenə ilişmələr...”

İ.Rüstəmzadə yazıb ki, günahı olmadığı halda ona töhmət vermək adi bir məsələyə çevirilib.

Habelə, xaricdə yaşayan dostu ilə telefonla danışmasına maneçilik yaradıldığını bildirən gənc fəal iki ay əvvəl əməliyyat edildiyini qeyd edib.

“2 ay əvvəl onurğamın üstündəki “kista”dan əməliyyat oldum. Həkimin mənə əməliyyatdan sonrakı sözü ”bilirik əməliyyat olunmusan, vəziyyətin də yaxşı deyil, amma yuxarıdan tibb hissəsində qalmağına icazə verilmir”, oldu. İnformasiya çıxışım tam məhdudlaşdırılıb. Tam güclərlə üstümə gəlirlər. Bundan sonra nə olacağını bilmirəm", İ.Rüstəmzadə müraciətinin sonunda yazıb.

Hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, eləcə də 13 Saylı Cəzaçəkmə Müəssisəsindən İ.Rüstəmzadənin müraciətinə münasibət almaq mümkün olmayıb .
Ancaq bundan öncə qurumdan oxşar şikayətlərlə bağlı bildiriblər ki, məhbuslara siyasi, dini baxışlarına görə, heç bir fərq qoyulmur, onlarla yalnız qanunlar çərçivəsində davranılır.

Buna da bax:"Avropa Məhkəməsinə görə, NİDA-çılara 91 min avro ödənməlidir"

XATIRLATMA

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının 6 il əvvəl həbs edilən 8 üzvündən biridir. Gənclər zorakılıq, kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla uzun müddətə həbs olunublar.

Müstəqil ekspertlər isə onların həbsinə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyası təşkil etmələrini səbəb göstərilir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəni 8 il, Rəşad Həsənovu, Məmməd Əzizovu 7 il yarım, Bəxtiyar Quliyevlə Üzeyir Məmmədlini 7 il və Şahin Novruzlunu 6 il azadlıqdan məhrum etmişdi.

«Amnesty International» hüquq-müdafiə təşkilatı həbs edilən NİDA-çıları «vicdan məhbusları» adlandırıb.

Sonradan İ.Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG