Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:10

İlkin Rüstəmzadənin anası Ombudsman Aparatına müraciət edib (VIDEO)


İlkin Rüstəmzadənin ailəsinin mətbuat konfransı

Həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin anası Atlas Hüseynova iyulun 8-də mənzilində mətbuat konfransı keçirib.

O, deyib ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan İlkin Rüstəmzadə həbsdə olduğu 5 il yarımda həmişə təzyiq altında olub və indi də oğluna basqılar davam edir.

İlkin Rüstəmzadənin valideyinlərinin mətbuat konfransı
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Anası deyib ki, İlkin Rüstəmzadə həbs olunanda 20 yaşı olub, indi isə 26 yaşı var:

“Oğlum bu günlərdə əməliyyat edilib, amma bizdən bunu gizlədib. Onu bir qədər sonra tibb məntəqəsində saxlamayıblar və bildiriblər ki, yuxarıdan belə tapşırıq veriblər. Ona təzyiqlər hər gün artır, telefon zənglərinə məhdudiyyətlər qoyulduğundan o, bundan imtina etdib. Pentinsiar Xidmətə müraciət etsəm də, reaksiya yoxdur. Yalnız qurumun mətbuat katibi Mehman Sadıqovla dünən, iyulun 7-də danışa bilmişəm. O da rəhbəliklə danışacağını söyləyib. Eyni zamanda, Ombudsman Aparatına təzyiqlər barədə məlumat vermişik. Təəssüf ki, son iki gündə müvafiq qurumlarla danışa bilməmişəm. Biz gələn həftədən müraciətimizi davam etdirəcəyik... Biz dövləti idarə edənlərə deyirik, oğlumuzu azad edin”.

İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə

Atlas Hüseynova deyib ki, oğlu “Əsgər ölümlərinə son!” aksiyasına görə həbs edilib:

“Oğluma təzyiqlərin kökündə əfv ərizəsi yazdırmaq dayanır. Amma İlkin deyir ki, mən əfv ərizəsi yazsam, deməli, günahımı etiraf etmiş olaram. Mən burdan oğlumdan əl çəkmələrini istəyirəm. Onun bir dəfə məcburi şəkildə saçlarını qırxıblar... Bu işə hökm verənlər nə istəyirsiniz ondan, tarix heç nəyi unutmur, heç olmasa haqqı deyin”.

İyulun 7-də isə NİDA Vətəndaş Hərəkatı İlkin Rüstəmzadnin müraciətini yaymışdı.Təqribən anasının səsləndirdiyi bu fikirlərin əks olunduğu müraciətdə İ. Rüsəmzadə yazırdı:“İlk dəfədir ki, dəstəyinizə bu qədər böyük ehtiyacım var...”

Buna da bax: "İlkin Rüstəmzadə: “Əllərimi arxadan qandallayıb saçımı qırxdılar”

Hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, eləcə də 13 Saylı Cəzaçəkmə Müəssisəsindən nə İ.Rüstəmzadənin müraciətinə, nə də ansının dediklərinə münasibət almaq mümkün olub .

Ancaq bundan öncə qurumdan oxşar şikayətlərlə bağlı bildiriblər ki, məhbuslara siyasi, dini baxışlarına görə, heç bir fərq qoyulmur, onlarla yalnız qanunlar çərçivəsində davranılır.

XATIRLATMA

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının 6 il əvvəl həbs edilən 8 üzvündən biridir. Gənclər zorakılıq, kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla uzun müddətə həbs olunublar.

Müstəqil ekspertlər isə onların həbsinə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyası təşkil etmələrini səbəb göstərilir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəni 8 il, Rəşad Həsənovu, Məmməd Əzizovu 7 il yarım, Bəxtiyar Quliyevlə Üzeyir Məmmədlini 7 il və Şahin Novruzlunu 6 il azadlıqdan məhrum etmişdi.

«Amnesty International» hüquq-müdafiə təşkilatı həbs edilən NİDA-çıları «vicdan məhbusları» adlandırıb.

Sonradan İ.Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıblar.

XS
SM
MD
LG