Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

İlkin Rüstəmzadə universitetə bərpa edildi


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə

Siyasi fəal İlkin Rüstəmzadə həbs edilənədək təhsil aldığı İqtisad Universitetinə bərpa olunub. Bu haqda onun özü AzadlıqRadiosuna məlumat verib.

O, oktyabrın 25-də günün ikinci yarısında universitetə dəvət olunaraq rəhbərlik tərəfindən qəbul edildiyini və elə bu zaman təhsilini davam etdirə biləcəyi haqda xəbəri aldığını bildirir. Ancaq İlkin Rüstəmzadə həbs edilənədək ödənizşsiz təhsil aldığı halda, indi 3100 manat ödəməli olacağını söyləyir.

“Onlar texniki məsələlərdir, həll olunacaq”, - siyasi fəal deyir.

Bundan bir qədər öncə İlkin Rüstəmzadə sosial mediada təhsil naziri Ceyhun Bayramovun onun universitetə bərpa olunmağı ilə bağlı ərizə və məktublarına rədd cavabı verdiyini və buna səbəb müraciətin gec göndərilməsi olduğunu yazmışdı.

O təhsil hüququnun bərpası naminə nazirliyin binası qarşısında çadır qurub aclığa başlayacağını, Avropa İnsan Haqları Məhkəməsinədək üz tutacağını bəyan etmişdi.

Təhsil Nazirliyi, İqtisad Universiteti deyilənlərə münasibət bildirməyib.

İlkin Rüstəmzadə 2013-cü ilin martından həbs edilmişdi. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə kütləvi iğtişaşların təşkili, xuliqanlıq kimi ittihamlarla 8 il azadlıqdan məhrum olunmuşdu.

Siyasi fəal bu ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG