Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:26

Usta: 'Tarın qolu əyridirsə, demək, düzgündür...'


Yaşı 70-i haqlamış tar ustası Rəşid Məmmədov, 21.09.2016
Yaşı 70-i haqlamış tar ustası Rəşid Məmmədov, 21.09.2016

Taxtanın dilini açan adam varmış...

...Bu kiçik emalatxanada ağac kötükləri, budaqlar, yonulmuş taxtalar bir müddət sonra tara, kamançaya, saza çevrilir. Yaşı 70-i haqlamış usta Rəşid Məmmədov ilk tarını ötən əsrin 70-ci illərində düzəldib, amma indi də eyni şövqlə çalışır. Emalatxanasını 30 il əvvəl açıb. O gündən burada ağac parçalarına can verir, onların “dilini açır”. Əlinin altındakı taxta qırıqları çalğı alətlərinə çevrildikcə, tarın, kamanın, sazın tilsimli səsi eşidilir.

“Tar yiyəsiz qalmaz”

Usta deyir, çalğı alətinin birinci şərti – keyfiyyətli ağacdır:

Tar ustası Rəşid Məmmədov: 'Çalğı alətinin birinci şərti – keyfiyyətli ağacdır...'
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00
Direct-ə keçid
"Əvvəl evə 8-də gedirdim, indi 3 olunca, qapını bağlayıb gedirəm”

Tar ustasının emalatxanası, 21.09.2016
Tar ustasının emalatxanası, 21.09.2016

“İndi kötük yonan, demək olar, yoxdur. Təbrizli qardaşlarımız bu işi başlayıblar, irəli də gedirlər. Ona görə ürəyim sakitdir. İnşallah, tar yiyəsiz qalmaz. Mən kötükdən hazırlayıram. Vacib olan ağacdır. Tarın bir özəlliyi var ki, ağacı yaş-yaş yonub düzəltmək lazımdır. Sonra qalıb qurumalıdır. Nə qədər çox qurusa, bir o qədər yaxşıdır. Axı quruduqca, ağac bərkiyir. Bir tarın hazırlanması, heç olmasa, 2 il çəkir. Ən azı, üstündən bir bahar keçməlidir. O da bir il, ilyarım eləyir. Belə olmasa, kal ağacdan tar olmaz. Səsi yaxşı çıxmaz, özü də əyilər. Ən yaxşı tar tut ağacından hazırlanır. Quzey yerin tut ağacı ən yaxşısıdır”.

Buna da bax:​ Bakının ilk tarzəni kim olub?

Usta deyir, çalğı alətinin birinci şərti – keyfiyyətli ağacdır...

Əvvəl ayda 2-3 tar satarmış, amma indi...

Alıcı yox dərəcəsindədir. 21.09.2016
Alıcı yox dərəcəsindədir. 21.09.2016

Usta çox çətin durumda işlədiyini deyir. Alıcı yox dərəcəsindədir. Dükanı açıb günlərlə işsiz oturur:

“Ötən əsrin 90-cı illərində də vəziyyət çətin idi. Ancaq bugünkü kimi ağır deyildi. İndi alıcı yoxdur. Vaxtilə 500 manata da, 800 manata da tar satmışam. Həm də pul indiki kimi dəyərdən düşməzdən əvvəl. İndi işim çox çətindir. Bu ay da, keçən ay da, bir dənə olsun, tar satmamışam. Soruşsanız, ildə neçəsini satmısan, deyərəm ki, bir dənə də satmamışam. Əvvəllər ayda 2-3 tar satırdım. Onda adam da həvəsli olur. İndi heç emalatxananın qapısını açmaq istəmirsən”.

Vacib olan ağacdır. Tarın bir özəlliyi var ki, ağacı yaş-yaş yonub düzəltmək lazımdır. Sonra qalıb qurumalıdır.

Ancaq nə qədər çətin olsa da, usta Rəşid musiqi alətlərini yalnız qoymaq istəmir. Ən çox da tarı:

“Bax, çanağı çoxdan yonub hazırlamışam, sonra qolunu qoyuram. Qolu düz geydirmək lazımdır. Sazda, başqa alətlərdə qol düz olur, tarda əyri olmalıdır. Bir növ əyriliyi onun düzgünlüyüdür. Günümü belə keçirirəm. Simi salmıram ki, qalıb paslanar. Alıcı olanda simi taxıram. Suvenir düzəldirəm, yarımçıq işləri görürəm. Nə bilim. Əvvəl evə 8-də gedirdim, indi 3 olunca, qapını bağlayıb gedirəm”.

Buna da bax:​ UNESCO-nun tarla bağlı qərarına İranın etirazına rəsmi münasibət açıqlandı

Usta təmirə ehtiyacı olan alətləri də bərpa edir:

Usta digər musiqi alətlərini də təmir edir, 21.09.2016
Usta digər musiqi alətlərini də təmir edir, 21.09.2016

“Bu Türkiyə kanonudur, tellərinin çoxu xarab olub, dəyişəcəyəm. Sazı, qavalı, kamanı da bərpa edirəm”.

Tar sevənlər ustanı yalnız qoymur

"Nə qədər onu sevənlər var, - tar yaşayacaq".

Ustanın sözlərinə görə, bu işdə pul yoxdur deyə, şagird də hazırlamaq çətindir. Ancaq əvvəllər, tək-tük də olsa, şagirdi olub. Şagirdləri yenə yanına məsləhət almağa gəlirlər. Tarın incəliklərini Rəşid Məmmədovdan öyrənmiş şağirdi Rəşad Həsənli deyir ki, ustanın yanına tarın sirlərini öyrənməyə gəlir:

Tar ustasının şağirdi Rəşad Həsənli: 'Deyərdim ki, bu çox sehrli sənətdir'
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00
Direct-ə keçid

“Deyərdim ki, bu çox sehrli sənətdir. Bizə öyrədən də həmişə usta Rəşid olub. Ona görə, tez-tez bura baş çəkirəm”.

Usta çox çətin durumda işlədiyini deyir. Alıcı yox dərəcəsindədir. Dükanı açıb günlərlə işsiz oturur...

Usta Rəşidin emalatxanasına baş çəkənlərdən biri də illərin dostu Əkrəm kişidir. O da boş vaxtını bu emalatxanada keçirir. Arada-sırada, tarı da dilləndirir...

Usta Kamança ilə də işləyir. 21.09.2016
Usta Kamança ilə də işləyir. 21.09.2016

Buna da bax:​ Özbəkistanda tarı qadağan ediblər

Tarın səsi gəlirsə, yoldan keçənlər də bura baş çəkir:

“Yoldan keçirdim, səsi eşidib ayaq saxladım”. Yoldan ötən Ədalət Əliyev heyran kəsilərək, çalğını dinləyir.

Ədalət Əliyev: 'Yoldan keçirdim, səsi eşidib ayaq saxladım'
Gözlə

No media source currently available

0:00 0:00:08 0:00
Direct-ə keçid

Usta Rəşidin üzü gülür:

“Demişdim, axı... Tar yiyəsiz qalmaz. Nə qədər onu sevənlər var, - tar yaşayacaq. Onda mən də həmişə həvəslə işləyəcəyəm”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG