Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:14

İlk dərs gününün hava proqnozu


Dərşə gedən uşaq, arxiv foto

Sentyabrın 16-da Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənir.

Şimal-qərb küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 16-20, gündüz 24-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti təxmin edilir.
Sentyabrın 16-da yeni dərs ili başlayacaq.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG