Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:56

Prezident: 'Cümhuriyyət qurucuları Azərbaycanı görsələr, fəxr edərlər'


VI Qlobal Bakı Forumu
VI Qlobal Bakı Forumu

«Bu Forum artıq 6-cı dəfədir ki, keçirilir, nüfuzlu beynəlxalq platformaya çevrilib. Əminəm ki, Forumda beynəlxalq gündəliyin ən aktual məsələləri müzakirə edəcəyik, sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürəcəyik».

APA-nın xəbərinə görə, bunu bu gün, martın 15-də Azərbaycan prezidenti İlham Əliyev «İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması» mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Bakıda beynəlxalq tədbirlərin tez-tez keçirildiyini xatırladan dövlət başçısı vurğulayıb ki, belə tədbirlərdə müxtəlif millətlərin nümayəndələri, müxtəlif fikirli insanlar bir araya gəlir: «2008-ci ildən başlayan Bakı prosesi çox mühüm prosesdir. Bakı prosesi çərçivəsində xalqlar və dövlətlər arasında anlaşma yaranması üçün böyük işlər görülür».

***Buna da bax-Prezident 'Cümhuriyyət sərəncamı' imzaladı, ancaq...

Çıxışında Qarabağ münaqişəsinə toxunan İ.Əliyev Azərbaycan ərazilərinin işğalından bəhs edib: «Ermənistan qoşunları dərhal işğal olunmuş torpaqlardan çıxmalı, azərbaycanlılar o torpaqlara qayıtmalıdır».

«Cümhuriyyətin qurucuları ilə fəxr edirik»

Dövlət başçısı deyib ki, Azərbaycanın ərazilərinin işğalına baxmayaraq, ölkə uğurla inkişaf edir. Onun iddiasına görə, ölkədə yoxsulluq və işsizlik çox aşağı səviyyədədir.

Prezident Azərbaycanın adambaşına düşən sərmayələrə görə də aparıcı yerdə olduğunu söyləyib: «Son 10 ildə Azərbaycana 230 milyard dollar sərmayə yatırılıb. Biz nəinki öz ölkəmizə, region ölkələrinə də sərmayə yatırırıq».

***Buna da bax-İ.Əliyev: 'Azərbaycan Xalq Cümhuriyyəti Yerevanı Ermənistana bağışladı'

Dövlət başçısı Forumda xatırladıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək: «İlk dəfə Şərqdə Azərbaycan xalqı 100 il əvvəl demokratik cəmiyyət quruculuğunu həyata keçirib. İlk dəfə Şərqdə qadınların səsvermə hüququ təmin edilib və bir çox Avropa ölkələrindən əvvəl qadınlara səs hüququ verilib. Ancaq təəssüf ki, iki il sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulub. Müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir. Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik».

«Dağlıq Qarabağ da Azərbaycanın qanayan yarasıdır»

Forumda Türkiyə baş naziri Binəli Yıldırım da çıxış edib. O deyib ki, Türkiyə 3 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir. Ancaq dünya bu böhranı aradan qaldıra bilmir.

***Buna da bax-Əli Kərimli: 'İlham Əliyev Cümhuriyyət dəyərlərinə sadiq olsaydı...' [video]

Türkiyənin baş naziri Qarabağ münaqişəsindən də danışıb: «Dağlıq Qarabağ da Azərbaycanın qanayan yarasıdır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi köçkün düşüb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar».

Mehriban Əliyeva mükafat alıb

Forumda həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib. Ona bu mükafatın təhsil və mədəniyyət sahəsində xidmətlərinə görə verildiyi qeyd edilib.

Bu gün, martın 15-də «İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması» mövzusunda VI Qlobal Bakı Forumu başlayıb.

Üç gün davam edəcək bu tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndənin qatıldığı bildirilir.

Qlobal Bakı Forumu 2013-cü ildən fəaliyyətə başlayıb. Forumun təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG