Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:50

«İndi siz deyin, qapılarına kilid asılmış minlərlə iş yerlərinin addımbaşı diqqəti cəlb etdiyi indiki zamanda 85 min yeni iş yerinin açılmasına kim inanar?».

Bu sualı iqtisadçı Nemət Əliyev prezident İlham Əliyevin aprelin 10-u Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında çıxışı zamanı səsləndirdiyi bir sıra fikirlərə münasibət bildirərkən verib.

***Buna da bax-Prezident: 'Ölkələr valyuta ehtiyatlarını itirirlər, biz isə artırırıq'

Nazirlər Kabinetinin iclasında dövlət başçısı qeyd etmişdi ki, bu ilin 3 ayında Azərbaycanda 85 min yeni iş yeri açılıb: «Birinci rübdə 85 min yeni iş yeri yaradılıb. Onlardan 70 mini daimi iş yeridir. Doqquz min iş yeri bağlanıb. Biz artıq yenə də gözəl mənzərəni görürük. Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir. Mən əvvəlki toplantıda qeyd etmişdim ki, biz bu il dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaradacağıq. Onlar artıq yaradılıb. Amma 40 mindən çox iş yeri özəl sektorda yaradılıbdır. Bu da iqtisadi inkişafın təzahürüdür».

İqtisadçı isə bu rəqəmə şübhə ilə yanaşır: «Axı, fəaliyyətini dayandırmış müəssisələr dururkən, diqqəti yeni iş yerlərinin yaradılmasına yönəltmək nə dərəcədə məntiqlidir? Tənəzzülün meydan suladığı indiki zamanda bağlanmış iş yerlərindən, heç olmazsa, müəyyən qədərinin fəaliyyətinin bərpa olunmasından danışmaq, hökumətin diqqətini bu vacib istiqamətə fokuslaşdırmaq düzgün olmazdımı? Bu yol, bəyəm nisbətən rahat və asan yol deyil?».

İqtisadçı qeyd edir ki, bu cür cavabsız suallar «85 min yeni iş yeri» məsələsini şübhə altına alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG