Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:18

Ekspert: 'Hökumətin yanlış pambıq siyasətinin acı nəticəsi...' [video]


Prezidentin pambıq planı və torpağı zorla əlindən alınanlar
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Prezidentin pambıq planı və torpağı zorla əlindən alınanlar [A-Live]

Prezident İlham Əliyevin “kimsə boş torpağı zəbt edibsə, bilsin ki, əlindən alınacaq” xəbərdarlığını məmurlar necə icra edirlər?

Ekspert deyir ki, bu siyasətin nəticəsində kəndli torpağından, örüş sahələrindən məhrum olub. Hökumət rəsmiləri isə bildirir ki, məqsəd istifadəsiz torpaqların dövriyyə buraxılmasıdır.

Buna da bax:​ Binəsib uşaqlar da məmur biznesinə çevriləndə [araşdırma]

Toğrul Salahov deyir ki, 15 illik müqavilə əsasında Şamaxıda 250 hektar dövlət torpağını icarəyə götürüb. Amma yerli icra hakimiyyəti müqaviləni ləğv edib. İndi o sual edir ki, 600 yüz baş heyvanı harada, necə saxlasın?

“Özümün, qardaşımın, atamın adına kreditlər götürüb fermer təsərrüfatını yaratdım. Amma keçən ildən – bu torpaqların icarə müqaviləsi bir tərəfli qaydada ləğv olunandan bəri biz bu heyvanları saxlaya bilmirik. Hər tərəfdən də ziyana düşürük. Mənim aldığım müqavilənin də 13 il vaxtına var, amma icra hakimiyyəti onu ləğv edir”.

Toğrul Salahov yerli icra hakimiyyətinə işə məhkəmədə baxılana kimi torpaqların şumlanmaması ilə bağlı müraciət etdiklərini bildirir. Deyir ki, icra hakimiyyətindən məhkəməyə məktub gəlib ki, dövlət planına salınıb, işi yubatmaq olmaz.

Buna da bax: Elçibəy dövrünün pambıqçılıq layihəsi niyə gerçəkləşmədi?

Prezident İlham Əliyev nazirlər kabinetinin iclasında, eləcə də digər çıxışlarında istifadəsiz torpaqların geri qaytarılması ilə bağlı tapşırıq verdiyi vurğulayıb:

“Mənə verilən məlumata görə, 200 min hektardan çox zəbt edilmiş, istifadəsiz torpaq artıq qaytarılıb. Qanunsuz icarə müqavilələri bağlanılıb. Kim ki, o torpaqları əkib-becərir, biz buna ancaq şad olarıq. Amma kim bunu zəbt edib və möhtəkirliklə məşğuldur, əmanət kimi saxlayır və gözləyir ki, qiyməti qalxandan sonra satsın və ya bölsün, yaxud da ev tiksin buna yol vermək olmaz. Qanunsuz zəbt edilmiş torpaqlar dövlət fonduna qaytarılmalıdır. Kim ki, istifadə edir, çox yaxşı, ona dövlət tərəfindən dəstək verilməlidir”.

İqtisadi Tədqiqatlar Mərkəzinin kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov deyir ki, kəndlinin istifadəsinə verilənlər torpaqlar daha çox hökumətin pambıq siyasətindən sonra alınmağa başlayıb. Onun fikrincə, hökumətin yanlış siyasətinin acı nəticəsi özünü göstərməyə başlayıb:

Buna da bax:​ 'Gilan' pambıq biznesini nəzarətə götürür [araşdırma]

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

“Məmurlar çalışır ki, fermerlərin kəndlinin əlində olan, özəlliklə də icarəsində olan torpağı hər hansı bəhanə ilə alsın. Bunun acı nəticələri də göz önündədir. Örüş sahələri, təbii biçənəklər fermerlərin əlindən alındı. Həmin ərazilərdə heyvandarlıqla məşğul olan fermerlər məcbur olub heyvanları kəsimə verdilər. Bunun acı nəticəsi də göz önündədir”.

Vahid Məhərrəmov əlavə edir ki, ölkədə süd və ət qıtlığı yaranıb, idxaldan asılılıq daha da artıb.

Kənd təsərrüfatı nazirliyi isə bu ittihamları rədd edir. Yalnız istifadəsiz qalan və təyinatı üzrə istifadə olunmayan torpaqların geri alındığını vurğulayır.

Bəs, əkilməyən torpağın kəndlinin əlindən alınmasına sakinlərin münasibəti necədir. Bakıda keçirdiyimiz sorğuda kimisi bununla razılaşır, kimi də torpağı əkmədiyi üçün kəndlini qınayır.

Buna da bax:​ Pambıq əkənlərə yardımlar artıb

Siz də bu sualı şərhlər bölümündə cavablaya bilərsiniz. İndi isə Bakıda keçirdiyimiz sorğuya baxaq.

Sizcə, əkilməyən torpaqların kəndlidən alınması düzgündürmü? [video-sorgu]
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Bəs, heyvan saxlamaq üçün icarəyə götürülən torpaqlar sonradan əkilmədiyi əsası ilə kəndlidən alına bilərmi? Hüquqşünas Fuad Ağayev deyir ki, mülkiyyət vətəndaşdan dövlət ehtiyacları üçün alına bilər. Yox, əgər kimsə dövlət torpağını kənd təsərrüfatı məqsədi ilə götürüb, amma təyinatı üzrə istifadə etmirsə, bu zaman müqavilə ləğv oluna bilər. Amma torpaqdan heyvandarlıq üçün istifadə edilməsi müqavilənin ləğvinə əsas vermir:

“Bu hallar nə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci və 19-cu maddələrinə uyğundur. Nə də ki, digər qanunvericilik aktlarına”.

Buna da bax:​ 'Qara qızıl' öldü, yaşasın 'ağ qızıl'!

Vəkil Fuad Ağayev
Vəkil Fuad Ağayev

Fuad Ağayev düşünür ki, ən doğru addım vətəndaşların problemi məhkəmədə mübahisələndirməsidir.

Toğrul Salahov isə 18 nəfər digər fermerlə bərabər məhkəməyə üz tutub. Birinci instansiya məhkəməsi onların iddiasını təmin etməyib. İş Sumqayıt Apellyasiya məhkəməsinin icraatındadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG