Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:36

Prezidentin yeni il çıxışına facebookda yazılan şərhlər-VİDEO


İlham Əliyevin Facebook səhifəsinə nələr yazırlar?
Gözlə

No media source currently available

0:00 0:14:30 0:00

Facebookda prezidentə yazılan təbrik, tənqid və müracitlərin çoxu silinib

Prezident İlham Əliyevin yeni il çıxışının videoyazısına Facebookda gələn şərhlərdə adamlar kasıblıqdan da şikayətlənirlər, prezidentə deyirlər ki, onların qayğısına qalsın.

Əliyevin tənqidçiləri deyirlər ki, Facebook şərhlərinə görə həbs olunmalarına, tənqidi fikirlərinə görə təqib edilmələrinə baxmayaraq insanlar hələ də belə şərhlər yazırlarsa, onda gərək İlham Əliyev fikirləşsin.

İlham Əliyevə yazılan şərhlərin çoxu indi silinib. Səhifədə yazılıb ki, idarəçi rəsmi prezident.az saytıdır.

PROBLEM DƏRİNLƏŞDİKCƏ...

Sivil Toplum Platformasının üzvü, hüquqşünas Ələsgər Məmmədli deyir ki, iqtisadi durum pisləşdikcə adamların daha çox danışması və dərdlərini dövlət başçısına demək istəməsi normaldır.

“Problem dərinləşdikcə insanlar özlərini daha ciddi şəkildə ifadə edəcəklər, əvvəl demədiklərini indi deyə biləcəklər. Burda hətta nifrətli çıxışlar, gözlənilməyən ifadələrin işlədilməsi gözlənilə bilər. Əlbəttə ki, qanunvericiliklə bunu tənzimləyə bilmərik. Məntiqlə qanunvericilikdə bu ifadələrə görə həbs cəzası var idisə və kimlərsə həbs olunurdusa, başqaları eyni şeyi etməməlidir, əgər edirlərsə, demək ki, bu da çəkindirici deyil. Önəmli olan mühitin dəyişməsi, insanların yaşam standartının, insanların rifahının dəyişməsidir”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Böyük Britaniyanın Oxford Universitetində neft ölkələrində siyasi durumla bağlı araşdırma aparmış politoloq Leyla Əliyeva deyir ki, iqtisadi durum demokratik ölkələrdə pisləşəndə sosial narazılığı aradan qaldırmaq daha asan olur. Demokratik institutlar, məsələn, media narazılğı hökumətə çatdırır və hökumət problemləri nəzərdən keçirir. Azərbaycanda isə medianın azad olmaması işi daha da qəlizləşdirir.

Buna da bax: İlham Əliyev - Manat haqda əvvəl və indi

ABŞ-ın Bakıda səfiri olmuş, indi Corc Mason Universitetinin enerji məsələləri üzrə professoru Richard Kauzlarich deyir ki, İlham Əliyev gərək qisa zamanda durumu dəyişməyi düşünsün. Strateji yol xəritələri kimi uzunmüddətli planları əhalini sakitləşdirməyəcək.

Richard Kauzlarich
Richard Kauzlarich

İQTİSADİ MƏYUSLUQ

“Azərbaycandan daha demoktaik ölkələrdə insanlar seçki keçirib, siyasi dəyişiklik tələb edirlər. ABŞ-da və başqa ölkələrdə bu baş verib. Amma Azərbaycan kimi bir şəxsin iradəsi ilə idarə olunan ölkələrdə iqtisadi dəyişikliyin siyasi dəyişikliklə nəticələnəcəyini demək çətindir. Çünki siyasi hakimiyyətin əlində vasitələr var ki, cəmiyyətdəki iqtisadi məyusluğun ölkədə siyasi struktura təsir etməsinin qarşısını alsın”.

2016-cı ilin yanvarı bahalaşmaya etirazlarla başlanmışdı. 2015-ci ilin dekabrında isə 48 faiz ucuzlaşan manat 10-dan çox rayonda vətəndaşları ayağa qaldırmışdı. Aksiyalar polis gücünə yatırlmışdı. Həbs olunanlar da olmuşdu. Onların küçəyə çıxma səbəbləri isə bahalıq və işsizlik idi.

Hadı Rəcəbli, 2012
Hadı Rəcəbli, 2012

Mövzu ilə bağlı fikrini öyrənmək istədiyimiz Yeni Azərbaycan Partiyası-nın üzvləri Hadı Rəcəbli və Məlahət İbrahimqızına da müraciət etdik, amma hər iki deputat bayram tətili olduğunu əsas gətirib suallarımıza cavab verə bilməyəcəklərini dedilər.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG