Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

İlham Əliyev: 'Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi…'


İlham Əliyev, Brüssel, 24 noyabr 2017
İlham Əliyev, Brüssel, 24 noyabr 2017

“Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaq”.

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, sentyabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə deyib.

İlham Əliyev Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə, 3 sentyabr 2018
İlham Əliyev Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə, 3 sentyabr 2018

Azərbaycan prezidenti çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub:

“ Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır”
İlham Əliyevin deməsinə görə, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çöküb.

“ Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bölgədə sülh və əməkdaşlıq yaranacaq”, deyə vurğulayıb.

Prezident diqqəti iqtisadi əməkdaşlıq məsələsinə də çəkib:
“Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir. Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə. Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub. Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq”
İlham Əliyevin deməsinə görə, Türkiyə bütün sınaqlardan şərəflə çıxır, o cümlədən iqtisadi sınaqlardan:

“ Biz hər zaman bir-birimizin yanındayıq və bunun ən gözəl göstəricisi, yenə də deyirəm, bizim qarşılıqlı sərmayəmizdir. Türkiyədə çox gözəl investisiya iqlimi, biznes üçün çox gözəl şərait var və biz Azərbaycan olaraq bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu davam etdirəcəyik”

Prezident deyib ki, Azərbaycanda da gözəl sərmayə iqlimi var.

Xatırlatma

Bu gün, sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına «Rux Ordo» Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti işə başlayıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) üzv ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır.

Təşkilat 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Təşkilatın Almatı, Bişkek, Qəbələ, Bodrum və Astanada beş zirvə görüşü keçirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG