Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:18

İlham Əliyev Tərtərdədir


İlham Əliyev, Zərdab rayonunda 02 dekabr 2016

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonuna səfərə gəliblər. Xəbəri “Prezident.az” saytı yayıb.

Prezident Tərtərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başaçatması mərasimində iştirak edib, Tərtər şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basıb.

Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakinin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min nəfər sakin faydalanacaq, - prezident.az saytı xəbər verir.

Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində Tərtər şəhəri ilə yanaşı, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində də su və kanalizasiya şəbəkəsinin yenidən qurulmasına başlanıb.

2017-ci ildə Gədəbəy və Daşkəsən şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq, Qazax şəhərində isə layihənin icrasına başlanacaq.

Multimedia

XS
SM
MD
LG