Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 13:48

İlham Əliyev Suriyada baş verənlərə münasibət bildirdi


Azərbaycan - İlham Əliyev Suriya prezidenti Bashar al-Assad-lə görüşür. 2009
Azərbaycan - İlham Əliyev Suriya prezidenti Bashar al-Assad-lə görüşür. 2009

►“Orda vuruşanların əksəriyyəti anlamır, bilmir ki..."

“Biz öz yolumuzla gedirik, başqa ölkələrin daxili işinə qarışmırıq və belə bir fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, daxili işlərimizə qarışsın ”.

APA-nın xəbərinə görə, prezident İlham Əliyev Gəncə şəhərində yerli ictimaiyyət nümayəndələri və din xadimləri ilə görüşündə belə deyib.

Prezident daha sonra həmin fikrini bu sözlərlə tamamlayıb:

“Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz yolumuzdan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Harada vəziyyətin ağır olduğunu görürük, sözümüzü deyirik, yol göstəririk, öz nümunəmizi təklif edirik”.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Azərbaycanda möhkəm hakimiyyətin mövcud olduğunu bildirən İlham Əliyev Yaxın Şərqdə baş verən qanlı proseslərin səbəbinin hakimiyyət zəifliyi olduğunu ifadə edib:

“Orda vuruşanların əksəriyyəti anlamır, bilmir ki, kimin tərəfində vuruşur, kimin maraqlarını müdafiə edir. Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar. Elə günə salırlar ki, o şəhərlərin bərpası, bundan sonra mümkün olmayacaq. Niyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi var. Harada hakimiyyət möhkəmdir, xalqla bir yerdədir. Heç bir kənar qüvvə bu hakimiyyətin iradəsinə təsir edə, hakimiyyəti heç bir avantüraya çəkə bilməz”.

Xatırladaq ki, bundan əvvəl xarici işlər nazirinin müavini Araz Əzimovun Suriya haqda dedikləri ölkədə birmənalı qarşılanmamışdı.

Buna da bax...

Azərbaycanda manat qıtlığı yaşanır?
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

XS
SM
MD
LG