Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:42

Regionlar prezident deyən kimi inkişaf edibsə... [video]


İlham Əliyevin dövründə bölgələrdə nələr dəyişib?
Gözlə

No media source currently available

0:00 0:14:38 0:00

İlham Əliyevin dövründə bölgələrdə nələr dəyişib? [video]

Prezident İlham Əliyev deyib ki, 14 il əvvəl, ilk dəfə prezident seçkilərində iştirak edərkən regionlarla bağlı verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirib.

İlham Əliyev bunu yanvarın 29-də, regionların inkişaf proqramın icrası ilə bağlı konfransda deyib:

"Deməliyəm ki, birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi".

İlham Əliyev deyib ki, 14 il ərzində ölkədə iki milyona yaxın iş yeri yaradılıb ki, bunların 1,4 milyonu daimi iş yeridir.

Buna da bax: İlham Əliyev: 'Söz vermişdim ki, regionlarda inkişaf sürətlə gedəcək...'

Müxalif Respublikaçı Alternativ - ReAl Hərəkatından iqtisadçı Natiq Cəfərli deyir ki, 2003-cü ildə İlham Əliyev ilk dəfə prezident olanda onun əsas vədi yeni iş yerlərinin yaradılması idi. Onun sözlərinə görə, indiki prezident 14 il ərzində iş yeri problemini həll edə bilməyib, hələ də yüz minlərlə adam regionlarda durum ağır olduğu üçün Bakıda işləyir.

Natiq Cəfərli
Natiq Cəfərli

Prezident Əliyevin isə regionların inkişafı ilə bağlı öz arqumentləri var.

Prezident İlham Əliyev deyir ki, 2 milyona qədər iş yeri yaradılıb, amma iqtisadçı Natiq Cəfərli deyir ki, bu iş yerlərinin çoxu – büdcə təşkilatlarının payına düşür:

"İş yerlərinin strukturu dəyişməyib. 1 milyon 600 min nəfərdən bir az çox işləyən var, bunun 918 mini dövlətdə çalışır. Büdcədən və ya dövlət şirkətlərindən maaş alır. Bu 14 ildə biznes inkişaf etməli, biznes iş yerlərinin yaradılması daha sürətlə getməli idi".

Buna da bax: İlham Əliyevin hakimiyyətə gəlişi

Prezident İlham Əliyev deyib ki, sosial infrastrukturla bağlı böyük işlər görülüb, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olunub, yollar təmir olunub. Amma Natiq Cəfərli deyir ki, bunlar dəyər yaratmayan layihələrdir və belə kəmiyyət dəyişiklikləri keyfiyyət dəyişikliyinə səbəb olmayıb.

Biz Bakıda rastımıza çıxan adamlardan da soruşmuşuq ki, son illər bölgələrdə hansı dəyişiklikləri hiss edirlər, nələr dəyişir?:

Ilham Əliyevin dövründə regionlarda nələr dəyişib?
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Buna da bax: İlham Əliyev: 'İndi bizim təcrübəmiz öyrənilir'

Regionların durumu Sovet hökuməti dağılandan sonra kəskin pisləşmişdi, həmin dövrdən yüz minlərlə adam iş dalınca Rusiyaya və ya paytaxta yollanıb.

İndiyə qədər regionların sosial iqtisadi inkişafı ilə bağlı üç proqram icra olunub. Sonuncu proqram 2014-2018-ci illəri əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG