Prezident İlham Əliyev Rusiyaya məxsus “Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.
Başsağlığıda deyilir:
“Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni sarsıtdı. Azərbaycan xalqı adından və şəxsən öz adımdan aizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.
Rusiyanın "Tu-154" təyyarəsinin Soçi şəhərinin Qara dəniz sahillərində qəzaya uğraması nəticəsində 93 nəfər həlak olub.