Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:49

İlham Əliyevdən Qarabağ mesajı


İlham Əliyev
İlham Əliyev

“Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”.

Bunu prezident İlham Əliyev "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

“Qarabağ Azərbaycanın qədim və tarixi hissəsidir”, deyən Əliyev xatırladıb ki, ermənilərin regiona kütləvi köçürülməsi 21-ci əsrin əvvəllərində Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra başlayıb.

20-ci əsrin əvvəllərində bolşevik inqilabı nəticəsində Azərbaycan Sovet İttifaqının bir hissəsinə çevrildi və sonradan sovet hökuməti Dağlıq Qarabağ muxtar bölgəsini yaratmaq qərarı qəbul etdi.

Beynəlxalq təşkilatların qətnamələri kağız üzərində qalır

“Beynəlxalq təşkilatlar çox sayda qərar və qətnamələr qəbul ediblər, xüsusən, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, bu qətnamələri qəbul edənlər özləri öz qərarlarına hörmət etmirlər. Bu qətnamələr 20 ildən çoxdur kağız üzərində qalır, onlar yerinə yetirilmir və biz Azərbaycana münasibətdə ikili standartlar siyasətinin şahidi oluruq. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə gün ərzində yerinə yetirilir. Bizim məsələmizə gəlincə, 20 ildən çox zaman keçib. Ermənistan bu qətnamələrə, həmçinin digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur”, deyə Əliyev bildirib.

Birləşmiş Millətlər Təşkilatının bayrağı
Birləşmiş Millətlər Təşkilatının bayrağı

Ölkə başçısı vurğulayıb ki, münaqişənin həlli üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Erməni işğalçı qüvvələri işğal edilmiş ərazilərdən çıxarılmalıdır, azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququ əldə etməlidir.

Ermənistanla münasibətləri inkişaf etdirmək istəyən müsəlman ölkələri...

Prezident deyib ki, ancaq bundan sonra regionda sülh bərqərar olacaq: "Azərbaycanın ərazi bütövlüyündən kənar heç bir qərar qəbul edilə bilməz. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”.

Prezident işğal edilmiş ərazilərdə məscidlərin dağıdıldığını qeyd edib:

“Bu, təkcə Azərbaycanın tarixi irsinə deyil, eyni zamanda islam dəyərlərinə, islam tarixi irsinə hücumdur. Buna görə Ermənistanın bəzən bəzi müsəlman ölkələri ilə münasibətləri möhkəmləndirmək və ya normallaşdırmaq cəhdləri böyük təəccüb doğurur. Hesab edirəm ki, Ermənistanı açıq-aşkar təcavüzkar kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatının qətnamələri Ermənistanla münasibətləri inkişaf etdirmək istəyən bütün müsəlman ölkələrinə əsas mesaj olmalıdır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG