Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 17:19

Kocharyan da İlham Əliyevi ərazi iddiasında ittiham edir


Shavarsh Kocharian

“Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana ərazi iddiası, açıq aydın beynəlxalq aləmin Dağlıq Qarabağı tanımalı olduğunu göstərir”.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Shavarsh Kocharian Azərbaycan prezidenti İlham Əliyevin bu günlərdə dediklərinə cavab olaraq bildirib.

Kocharianın sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağa mümkün təcavüz və bunun nəticələrinə görə beynəlxalq məsuliyyət daşımalıdır.

Azərbaycan prezidenti İlham Əliyevin bu günlərdə Tərtərə səfəri zamanı deyib ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verə bilmərik:

“Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik. Bütün obyektiv səbəblər onu göstərir ki, o gün gələcək. Sadəcə olaraq bizim hər birimiz o günü yaxınlaşdırmalıyıq. Necə yaxınlaşdırmalıyıq? Daha da güclü olmalıyıq. Bu gün dünyada artıq beynəlxalq hüquq anlayışı demək olar ki, iflasa uğrayıb. İndi güc əsas amildir. Bu, belədir. Biz də real dünyada yaşayırıq. Ona görə daha da güclü olmalıyıq, daha güclü ordu qurmalıyıq. İqtisadiyyat daha da güclü olmalıdır, inkişaf daha da sürətlə getməlidir”deyə prezident bildirib.

XS
SM
MD
LG