Prezident İlham Əliyev İran prezidenti Hassan Rohaniyə Tehranda insan ölümü ilə nəticələnən binanın çökməsiylə bağlı başsağlığı verib.
Yanvarın 19-da Tehranda 17 mərtəbəli binanın çökməsi nəticəsində 50-dən çox adam ölmüşdü, 200-dən çox yaralanmışdı. Ölənlərin çoxu yanğınsöndürənlər olub.Həmin bina 1962-ci ildə tikilibmiş.