Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Avqust, çərşənbə, Bakı vaxtı 03:03

İham Əliyev: 'Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır'


İlham Əliyev, 10 may 2019

“Bütün dövrlərdə Heydər Əliyev öz xalqına ləyaqətlə xidmət etmişdir. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir”.

Bunu prezident İlham Əliyev mayın 10-da atası, keçmiş prezident H.Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunu yaradlmasının 15 illiyi ilə bağlı məraisimdəki çıxışnda bildirib.

Çıxış yolu- Heydər Əliyev

İ.Əliyev hesab edir ki, Azərbaycan inkişaf yolunu Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra tapıb:

“Çünki tam qətiyyətlə deyə bilərəm ki, 1993-cü ilə qədər bizim dövlət müstəqilliyimiz şərti xarakter daşıyırdı. Atributlar var idi, ancaq ölkə müstəqil siyasət apara bilmirdi. 1993-cü il dönüş nöqtəsi oldu. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu”.

Prezident deyib ki, Heydər Əliyevin təşəbbüsü ilə ölkədə senzura ləğv edilib.

İ.Əliyev öz rəhbərlik dövrü haqqında

İ.Əliyev 2003-cü ildən bu yana öz prezidentlik dövrü, bu müddət görülmüş işlər barədə də danışıb:

“2003-cü ildə prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasətini davam etdirəcəyəm və xalq Heydər Əliyev siyasətinə səs verdi. O vaxtdan bu günə qədər Azərbaycan böyük və uğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi”

Qarabağla bağlı

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsindən da danışıb.

Beynəlxalq təşkilatlarda ölkənin mövqeyinin gücləndiyini bildirib:

“Münaqişə ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşamış və yaratmışdır. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq”.

İslahatlarla davam

Dövlət başçısı deyib ki, bundan sonra da islahatlar davam edəcək:

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi ilə bağlı bu yaxınlarda Fərman imzalanıb. İndi əməli işlər aparılır ki, Fərmanın icra edilməsinə başlansın. Bu da bir ciddi islahat olacaq...”

Xatırlatma

Dünən, mayın 10-u Azərbaycanda keçmiş prezident Heydər Əliyevin anadan olmasının 96 illiyi qed edilib.O, 1923-cü ildə doğulub, 2003-cü ildə vəfat edib.

Heydər Əliyev 1969-82-ci illərdə Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) dönəmində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb.1993-2003-cü illərdə isə müstəqil Azərbaycana rəhbərlik edib.

H.Əliyevin siyasi fəaliyyətinə ölkədə baxış birmənalı deyil. Tərəfdarları H.Əliyevi müstəqil Azərbaycanın xilaskarı, memarı, qurucusu adlandırırlar.

Müxalif qüvvələr isə hesab edir ki, ölkənin bir sıra problemlərinin həllini indiyə kimi tapa bilməməsi məhz H.Əliyevin rəhbərlik etdiyi hakimiyyətin səhvlərinin nəticəsidir. Onlar hesab edirlər ki, Heydər Əliyevin varis planı ilə ölkədə hakimiyyət atadan oğula ötürülüb.

Qarabağ münaqişəsi isə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitşik 7 rayon işğal edilib.Bu münaqişə ATƏT-in Minsk qrupu vasitəsi ilə tənzimlənir. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG