Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 23:30

İlham Əliyev BMT-nin baş katibiylə görüşüb 


İlham Əliyev Münhendə BMT-nin baş katibi Antonio Guterreshlə görüşüb,18 fevral 2017

Fevralın 18-də prezident İlham Əliyev Münhendə BMT-nin baş katibi Antonio Guterreshlə görüşüb.

Antonio Guterresh Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektviləri ilə maraqlanıb. İlham Əliyev hələ ki, danışıqlar prosesində ciddi irəliləyişin olmamasından təəssüfləndiyini bildirib. Son zamanlar Ermənistan tərəfinin danışıqlarda az qala könülsüz iştirak etdiyini, münaqişənin həlli istiqamətində əldə olunan müəyyən razılaşmaları pozduğunu deyib.

Xəbəri president.az saytı yayıb.

Prezident ötən ilin aprelində təmas xəttində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribata cavab verdiyini, torpaqların bir hissəsinin işğaldan azad olunduğunu bildirib. İlham Əliyev fevralın 20-də keçiriləcək və qondarma “Dağlıq Qarabağ respublikası”nın “konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendum”un qeyri-qanuni olduğunu, bir sıra təşkilatların bu məsələyə etiraz etdiyini deyib. Bildirib ki, bu, bir daha Ermənistan tərəfinin münaqişənin həllində maraqlı olmadığını sübut edir.

Antonio Guterresh Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas şərtlərin nədən ibarət olması ilə maraqlanıb. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilməli, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Məhz bundan sonra Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsi mümkündür. Prezident BMT-nin və baş katib Antonio Guterreshin mövcud vəziyyətə müdaxilə edib, prosesin sürətlənməsinə daha yaxından təkan verməsinin əhəmiyyətini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG