Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 16:06

İlham Əliyev: 'Azərbaycan-İran əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir'


İlham Əliyev, Nazirlər Kabinetinin iclasında, 10 yanvar 2017

“İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxıb”.

Bunu Tehranda Azərbaycan və İranın dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşdə prezident İlham Əliyevdeyib.

Onun sözlərinə görə, bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir.

“Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və prezidentlər səviyyəsində görüşlərimiz, nazirlərin görüşləri ümumi işimizə böyük töhfədir”, - prezident bildirib.

Martın 5-də Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb.

İkigünlük səfər çərçivəsində danışıqların gündəliyinə ikitərəfli əlaqələr, regional əməkdaşlıq, beynəlxalq aktual məsələlər daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG