Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:34

Yeni 200 manatlıq əskinaslar təqdim edildi


Azərbaycanda yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib.

Bunu mayın 23-də Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov deyib. O, mərhum prezident Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının, yeni 200 manatlıq əskinasların təqdimat mərasimində çıxış edib.

MB-nin mətbuat xidmətinın məlumatına görə, Elman Rüstəmov bildirib ki, 200 manatlıq pul əskinasların tədavülə buraxılması qərarı ölkə iqtisadiyyatının dinamik inkişafı, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişikliklər nəzərə alınaraq verilib. Onun fikrincə, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədi güdülüb.

MB-nin məlumatına görə, yeni pul nişanı hazırlanarkən müsabiqədə ABŞ şirkəti “Crane Currency”nin təqdim etdiyi dizayn qalib seçilib. Pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.

Elman Rüstəmov 200 manatlıq kağız pul nişanını tədavülə tədqim edib. Pul nişanının üzərində “Heydər Əliyev Mərkəzinin” görüntüsü əks etdirilib.

Mərasimdə həmçinin, Heydər Əliyevin 95 illik, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanları təqdim edilib. Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib.

Xatırlatma

Bu il mayın 10-da hazırkı dövlət başçısı İlham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin 95 ili tamam olub.

Bu il həmçinin, mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 100 illi tamam olcaq. 2018-ci il ölkədə “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilib.

AXC 1918-ci il mayın 28-də qurulub, Rusiyanın işğalı nəticəsində 1920-ci il aprelin 27-də süqut edib.

XS
SM
MD
LG