Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:26

İki Qərb şirkətinin də Şimal Axını 2-ni tərk edəcəyi deyilir - Qərb mediası


ABŞ Maliyyə Nazirliyi yanvarın 19-da Şimal Axını 2 layihəsində iştirak edən Rusiya gəmisi Fortunaya sanksiyalar qoyub
ABŞ Maliyyə Nazirliyi yanvarın 19-da Şimal Axını 2 layihəsində iştirak edən Rusiya gəmisi Fortunaya sanksiyalar qoyub

Almaniyanın Bilfinger SE tikinti və mühəndislik şirkəti Rusiyanın Şimal Axını 2 kəmər layihəsini tərk edəcəyini bildirib.

Almaniyanın Bild qəzeti yanvarın 19-da yazıb ki, bu, ABŞ sanksiyalarının hədəsi altında layihəni tərk etmək istəyən ilk alman şirkətidir.

Bild qəzəeti bu məlumatı elektron yazışmanın əsasında verdiyini qeyd edir.

Bu yazışmaya görə şirkət ötən həftə ABŞ-a göndərdiyi bildirişdə təsdiqləyir ki, Birləşmiş Ştatların sanksiyalar haqqında qanunvericiliyinə tam əməl etmək niyyətindədir və buna görə də Şimal Axını 2 layihəsi ilə müqaviləsini və əməkdaşlığını dayandırır.

Bu da xəbər verilir ki, Bilfinger şirkətinin bu barədə Rusiya tərəfinə xəbərdarlıq etməsinə baxmayaraq Moskva xəbərə reaksiya verməyib.

Məlumatda deyilir ki, Bilfingerin Şimal Axını 2 layihəsi ilə bir neçə kontraktları var.

Bunlardan biri də qaz kəmərinin təhlükəsizlik sisteminin işlənib hazırlanmasına dairdir və dəyəri 15 milyon avrodur.

İsveçrə sığorta şirkəti

Bu arada Zurich Insurance Group sığorta şirkətinin Şimal Axını 2 layihəsindən çıxacağı barədə xəbərlər yayılıb.

Insurance Journal saytı yazır ki, məsələdən agah olan iki mənbə bu İsveçrə şirkətini də 11 milyard dollarlıq layihədə iştirakdan gözlənilən ABŞ sanksiyalarının çəkindirdiyini deyib.

ABŞ-da böyük biznesi olan Zurich Şimal Axını 2-yə sığorta dəstəyi verən 20 firmadan biridir.

İsveçrə şirkəti ötən həftəsonu özünün konkret müştəriləri barədə şərh verməkdən imtina edib.

Lakin şirkətin nümayəndəsi deyib ki, “Zurich istənilən sanksiya qaydalarına əməl etmək üçün hərtərəfli icra çərçivəsinə malikdir”.

Rusiyadan alınan xəbərlərdə deyilir ki, Şimal Axını 2 kəmərinin Danimarka sularındakı hissəsində tikinti davam etdirilə bilər.

Bundan əvvəl Danimarkanın Nautiskinformation agentliyi kəmərdüzən və təchizat gəmilərinə dənizin giriş üçün qadağan zonalarının müəyyən edildiyini bildirmişdi.

Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməli olan bu kəmərin tikintisi bundan əvvəl 2019-cu ilin dekabrında ABŞ-ın sanksiya hədələrinə görə dayandırılmışdı.

ABŞ bildirir ki, məqsədi Avropanı Rusiyanın qaz asılılığından çıxarmaq və bu bölgəyə özünün maye qazını satmaqdır.

Rusiyanın kəmərdüzən gəmisinə sanksiya qoyuldu

Reuters agentliyi bildirir ki, ABŞ Maliyyə Nazirliyi yanvarın 19-da Şimal Axını 2 layihəsində iştirak edən Rusiya gəmisinə sanksiyalar qoyub.

Söhbət dənizin dibinə kəmər düzən Fortuna gəmisi və onun sahibi KVT-RUS şirkətindən gedir.

Rusiya hökuməti isə yanvarın 19-da bildirib ki, yenicə qoyulmuş ABŞ sanksiyalarına baxmayaraq ziddiyyətli kəmərin tikintisini başa çatdırmaq əzmindədir.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, “bu beynəlxalq layihə ABŞ-dan gələn qaba və qanunsuz təzyiqlərlə üzləşməkdə davam edir”.

Peskov əlavə edib ki, kəmərin tikintisi davam etdiriləcək.

Rusiyanın Gazprom şirkətinin layihəsi olan Şimal Axını 2 kəməri artıq mövcud olan Şimal Axını kəmərinin tutumunu 2 dəfə artıraraq ildə 110 milyard kubmentrə çatdırmalıdır.

Bu, Rusiyanın Avropaya toplam qaz nəqlinin yarısından çoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG