Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Azərbaycanda idmana xərclənən pullar şəffafdırmı?


Pensiyaçıya 200 manat, idmançıya 50 min manat. Ədalətlidirmi?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Pensiyaçıya 200 manat, idmançıya 50 min manat. Ədalətlidirmi?

Dövlət büdcəsindən idmançılara külli miqdarda pul mükafatları verilməsi nə dərəcədə düzgündür?

Büdcədən başqa peşə sahiblərinə ayrılan vəsaitlə müqayisə etsək, idmançılara ayrılan pullar sosial ədalət prinsipi ilə nə dərəcədə uzlaşır?

Məsələn, ötən ay Minskdə Avropa Oyunları keçirildi, prezident həmin yarışda yer tutan Azərbaycan idmançılarına və onların məşqçilərinə dövlət büdcəsindən 1,2 milyon manat pul mükafatı ayırdı. Adətən prezident olimpiada və başqa beynəlxalq yarışlarından sonra idmançılara bu cür yüksək məğləğdə pul mükafatlarının verilməsi ilə bağlı sərəncamlar verir.

Hökumət rəsmiləri bu yolla idmançıları həvəsləndirdiyini, idmana və idmançıya dövlətin qayğı göstərdiyini bəyan edir. Bəs, hər yarışından sonra idmançılara dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nə qədər dorğudur?

Bakı küçələrində ayaqüstü fikrini öyrəndiyimiz sakinlərin çoxu idmançıya pul mükafatı verilməsini dəstəkləyir. Bildirirlər ki, belə olsa idman inkişaf edər.

Sizcə, dövlət idmançıya 50 min manat pul mükafatı verməlidirmi?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Amma idman yazarı Coşqun Eldaroğlu bildirir ki, idmançıya pul mükafatı verməklə idman inkişaf etməz. O, müşahidələrinə əsaslanaraq, bildirir ki, bir çox hallarda yüksək məbləğdə pul mükafatı alanlar sonradan bu uğuru təkrarlamayıb:

“Olimpiya oyunlarında lap biabırçılıqdır. Qızıl medal qazanan, sonradan bürünc medal belə qazana bilmir. Çünki böyük məbləğləri verirlər, stimullaşdırma sərhədləri aşır. İdmançının da yeni oyunda qalibiyyət üçün stimulu olmur, oyuna köklənə bilmir. Doğru deyil bu. Bizdəki qədər dövlət büdcəsindən idmançıya pul ayrılması halı nadir ölkələrdə olar. Bu yalnız bizim kimi idmanı siyasətə xidmət etdirən ölkələrdə baş verə bilər”.

İyun ayında Minskdə keçirilən II Avropa oyunlarında Azərbaycanı təmsil edən imdançılar 5 qızıl, 10 gümüş, 13 bürünc medal qazanıblar.

Prezident İlham Əliyev birinci yer tutanlara 50 min manat, ikinci yerə görə 30 min manat, üçüncü yerə çıxanlara isə 20 min manat pul mükafatı verilməsi haqda sərəncam imzalayıb.

Bundan başqa hər yer tutan idmançının məşqçisinə də 10 min manatdan 25 min manatacan pul mükafatı ayrılıb.

Millət vəkili Vahid Əhmədov isə deyir ki, xarici ölkələrdən fərqli olaraq Azərbaycanda idmançılar yarışlarda göstərdikləri nəticələr hesabına böyük pullar qazana bilmirlər. Ona görə də dövlətin idmana dəstəyi vacibdir:

“Xarici ölkələrdə idmana maraq böyükdür. Bir idmançının transferi yüz milyon dollara başa gəlir. Heç həmin ölkələrdə idmançının dövlət qayğısına ehtiyacı da qalmır. Amma Azərbaycan kimi ölkələrdə bu qayğıya ehtiyac böyükdür. Dövlət gərək idmana və idmançıya qayğı göstərsin ki, idmanı inkişaf etdirmək mümkün olsun”.

Demokratik Rifah Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu isə düşünür ki, heç bir durum dövlət büdcəsi hesabına idmançıya pul mükafatı verilməsinə haqq qazandıra bilməz. Qubad İbadoğlu idmançıların mükafatlandırılmasının əleyhinə deyil, o idmançıların dövlət büdcəsi hesabına mükafatlandırılmasının əleyhinədir:

“Dövlət büdcəsi hesabına, prezidentin öz sərəncamı ilə idmançıların mükafatlandırılması inkişaf etmiş ölkələrin təcrübəsində yoxdur. Azərbaycan kimi avtoritar ölkələrdə bu cür mükafatlar verilir. Həmin rejimlərdə idmana qayğı özü də korrupsiya məqsədlərindən irəli gəlir. Ölkədə idman yarışları üçün böyük infrastruktur layihələri yaradılır. Bu da büdcə pullarının silinməsi hesabına gerçəkləşdirilir”.

Hazırda Azərbaycanda Avropa Gənclər Yay Olimpiya Festivalı keçirilir. Qubad İbadoğlu deyir ki, 2019-cu ilin büdcəsində bu yarışın təşkilinə 75 milyon manat ayrılıb.

Amma o bildirir ki, bu, oyunlarla bağlı birbaşa xərclərdir, dolayı xərclər haqda isə məlumat açıqlanmır. O ehtimal edir ki, bu oyunların da qaliblərinə dövlət büdcəsindən pul mükafatlarının verilməsi üçün də əlavə vəsait ayrılacaq. O, əhalinin indiki sosial durumunda bu cür yarışların keçirilməsini, idmançılara pul mükafatlarının verilməsini düzgün saymır.

Azərbaycan hökuməti deyir ki, beynəlxalq yarışlara ev sahibliyi etməklə ölkənin dünyada nüfuzunu artırırlar, rəsmilər korrupsiya iddialarını da rədd edirlər.

Bu gün, iyulun 24-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının 3-cü günüdür artıq azərbaycan 8-i qızıl medal olmaqla, 18 medal qazanıb. Yarış iyunun 27-dək davam edəcək.

XS
SM
MD
LG