Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:29

ABŞ koalisiyası hava zərbələri ilə İŞİD-in evakuasiyasını bloklayır


ABŞ koalisiyası hava zərbələri ilə Suriyadakı İslam Dövləti döyüşçülərinin və onların ailə üzvlərinin ölkənin şərqindəki əraziyə çəkilməsinin qarşısını alıb.

Reuters agentliyi xəbər verir ki, hava zərbələri İŞİD qüvvələrinin Livan-Suriya sərhədindən Suriyanın şərqində öz nəzarətlərində olan əraziyə evakuasiyasına mane olub.

Bu evakuasiya sövdələşməsi İŞİD-lə Livan Hizbullahı və Suriya hökumət ordusu arasında razılaşdırılmışdı.

Belə bir sövdələşmədən əvvəl İD üzərinə bir tərəfdən Livan Hizbullah qruplaşması, digər cəbhədən isə Suriya ordusu hücum etmişdi. Tərəflər məhz bundan sonra atəşkəs razılaşması əldə etmişdilər.

Bu atəşkəs razılaşması ABŞ koalisiyası və İraq hökuməti tərəfindən pislənmilşdi, beləki İraq qoşunları da Suriya ilə sərhədin məhz İŞİD-in evakuasiyası planlaşdırılan ərazisində cihadçılara qarşı döyüşürlər. Bu evakuasiya nəticə etibarı ilə İraq sərhədində döyüşən İŞİD-ə əlavə qüvvələr gətirilməsi demək idi.

Hizbullahın verdiyi məlumata görə hazırda 308 cihadçını və onların 331 ailə üzvünü daşıyan maşın karvanı İslam Dövləti adlanan təşkilatın əlində olan əraziyə çata bilməyib.

Reuters xəbər verir ki, hazırda İslam Dövlətinin döyüşçüləri bütün cəbhələrdə geri çəkilməyə məcburdurlar və qruplaşma Suriya və İraqdakı ərazilərinuin böyük hissələrini itirir.

Belə bir şəraitdə döyüş meydanında qarşı dutan qruplaşmalar arasında müxtəlif sövdələşmə və atəşkəs razılaşmaları olur.

ABŞ koalisiyası isə bildirir ki, qruplaşmalar arasındakı bu razılaşmaların heç biri üçün öhdəliyə malik deyil.

Koalisiyanın sözçüsü deyib ki, “bunlar döyüşçülərdir və yerlərini dəyişməyə çalışırlar və biz onlara zərbə endiririk”.

Günün bütün mövzuları

XS
SM
MD
LG