Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 23:09

ABŞ İslam Dövləti qruplaşmasına qəfil desant zərbəsi endirib


SDQ qüvvələri (Foto arxivdəndir)
SDQ qüvvələri (Foto arxivdəndir)

ABŞ koalsiyasının təyyarələri ilk dəfə olaraq Suriyada Raqqa şəhəri yaxınlığındakı Tabqa su bəndi rayonuna desant çıxarıb.

Pentaqon xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) döyüşçüləri İslam Dövləti adlandırılan təşkilatın cəbhə xəttinin arxasına atılıb.

Xəbər verilir ki, hazırda su bəndi ətrafında şiddətli döyüşlər davam edir. Cəbhə xəttinin bu hissəsindəki İD qüvvələri əsasən xarici cihadçılardan ibarətdir.

Bu əməliyyatdan az əvvəl ABŞ kolasiyasına daxil ölkələrin nümayəndələri Vaşiqntonda görüşmüşdülər.

Dövlət katibi Tillerson koalisyanın iclasına sədrlik edib
Dövlət katibi Tillerson koalisyanın iclasına sədrlik edib

Dövlət Katibi Rex Tillerson martın 22-də keçirilən görüşdə iştirak edənlərə deyib ki, İD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi “artıq bir vaxt məsələsidir”.

Pentaqon kürdlərin üstünlük təşkil etdiyi SDQ-nin ərəb döyüşçülərinin desant çıxarılmasında neçə təyyarənin iştirak etdiyi barədə məlumat verməyib.

Tabqa su bəndi İD-in de facto paytaxtı Raqqanın 45 kilometrliyində yerləşir.

Martın 22-də səhərin erkən saatlarında çıxarılan desant İD cihadçıları üçün tam gözlənilməz olub.

Ətraf əraziləri elektrik enerjisi iilə təmin edən Tabqa su anbarı İD döyüşçülərinin əsas istehkamlarından biri sayılır.

Koalisiyanın sözçüsü polkovnik Joseph Scrocca deyib ki, desant çıxaran təyyarələrin hamısı sağ-salamat bazaya qayıdıb və desant atəş altına düşməyib.

Vaxt məsələsi

Bu da xəbər verilir ki, sözü gedən desant əməliyyatına havadan Apache helikopteri dəstək verib və bu ayın əvvəllərində Suriyaya gətirilmiş dəniz piyadaları İD-in mövqelərini artilleriya atəşinə tutublar.

İD başçısı əl-Bağdadinin bir çox müavinləri öldürülüb
İD başçısı əl-Bağdadinin bir çox müavinləri öldürülüb

SDQ qüvvələri bildirib ki, onun döyüşçmüləri Fərat çayının cənubunda dörd kəndi ələ keçirərək Raqqanı Hələblə birləşdirtən magistral yolu kəsiblər.

ABŞ koalisiyasının 2014-cü ilin dekabrından bəri ilk dəfə keçirilən iclasında dövlət katibi Tillerson deyib ki, ABŞ İslam Dövləti adlandırılan təşkilata qarşı döyüşən qüvvələrini gücləndirəcək.

O deyib ki, ABŞ-ın siyasəti “qəddar terrorçu təşkilatı dağıtmaqdır”. Dövlət katibi əlavə edib ki, Suriyaya axışan cihadçıların sayı ötən illə müqayisədə 90 faiz azalıb.

Cənab Tillerson bildirib ki, İD lideri Əbu Bəkr əl-Bağdadinin bütün müavinləri artıq məhv edilib.

“Bağdadinin özünün belə bir aqibətlə üzləşəcəyi indi yalnız vaxt məsələsidir” – deyib Tillerson.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG