Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 22:38

İcbari tibbi sığortaya lazım olan pul varmı?


İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) sədri Zaur Əliyev Səhiyyə Nazirliyi tərkibindəki tibbi müəssisələrin bu ilin sonuna kimi publik hüquqi şəxsə çevriləcəyini söyləyib. O, xatırladıb ki, 2020-ci ilin yanvar ayından icbari tibbi sığorta sistemi ölkə üzrə tətbiq olunacaq...

İlkin şərt

Bəs görək Azərbaycanın icbari tibbi sığorta sisteminin tətbiqinə nə qədər hazırdır? Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, icbari tibbi sığorta sisteminin tətbiqində ilkin şərt yetərli maliyyə vəsaitlərinə malik olmaqdır:

“İndiki halda isə Azərbaycan bu sistemin tətbiqi üçün tələb edilən imkana yetərli dərəcədə malik deyil. Azərbaycanın tibbi sığortanın tətbiqi ilə bağlı ayırdığı 200 milyon manat vəsait isə çox azdır”.

Adil Qeybulla, 2013
Adil Qeybulla, 2013

A.Qeybulla hesab edir ki, xəstəxanaların kütləvi şəkildə publik hüquqi şəxsə çevrilməsi faktiki özünü mliyyələşdirmə sisteminə keçilmədir, amma bu maliyyləşmə, risklərin önlənilməsinin necə baş verəcəyi bir az qaranlıq görünür:

“Özəl klinikalarda belə qərarlar fərdi olaraq verilir və klinika bütün riskləri önləməyi göz önünə alır. Amma Səhiyyə Nazriliyi tərkibindəki publik hüquqi şəxsə çevrilən xəstəxanalar bu risklərdən necə sığortalancaqsa bu məlum deyil. Belə ki, belə müəssisələr nə dövlət müəssisəsi olacaq, nə də özəl, belə halda bu risklərin necə önləniləcəyi məlum olmur”.

Hansı sığorta sistemi əlverişlidir?

“...Avropa təcrübəsi külli miqdarda maliyyə vəsaiti deməkdir. Azərbaycanda belə vəsaitlər yoxdur. Böyük Britanyada icbari tibbi sığortaya 95 milyard funt-sterlinq (130 milyard dollar) vəsait ayrılıb ki, bu Azərbycanın büdcəsindən 10 dəfədən də çoxdur. Hesab edirəm ki, bu mənada Azərbaycan üçün münasibi Türkiyə təcrübəsini tətbiq etməkdir..."


Professor əlavə edir ki, digər tərəfdən icbari tibbi sığorta sisteminin hansı təcrübəyə uyğun tətbiq ediləcəyi də tam müəyyən edilməlidir:

“Bu sahədə Avropa təcrübəsi, Türkiyənin özünəməxsus təcrübəsi var. Amma Avropa təcrübəsi külli miqdarda maliyyə vəsaiti deməkdir. Azərbaycanda belə vəsaitlər yoxdur. Böyük Britanyada icbari tibbi sığortaya 95 milyard funt-sterlinq (130 milyard dollar) vəsait ayrılıb ki, bu Azərbycanın büdcəsindən 10 dəfədən də çoxdur. Hesab edirəm ki, bu mənada Azərbaycan üçün münasibi Türkiyə təcrübəsini tətbiq etməkdir, burada dövlət də, bələdiyyələr də, vətəndaşlar da fəal iştirakçıdırlar”.

A.Qeybullaya görə, icbari tibbi sığorta zərfinə daxil edilən müayinələr də optimal olmalıdır.Onun fikrincə, zərfə daxil olan müayinə növlərinin çoxluğu yox, reallığa uyğunluğu əsasdır. A. Qeybulla hesab edir ki, ilk növbədə bu zərfə doğuşlar, təxirəsalınmaz tibbi əməliyyatlar, bədbəxt hadisələr və başqa məqamlar daxil edilməlidir.

Professor vurğulayır ki, ayrılan vəsaitlərin təyinatı üzrə, şəffaf xərclənməsi və korrupsiyaya yol verilməməsi üçün ictimai nəzarətin təmin olunması da vacibdir.

Əmək fəaliyyətlərinin leqallaşdırılması

cbari tibbi sığortadan yararlananlara gəlincə, A.Qeybulla xatırladır ki, burada dörd kateqoriya var:

“Birinci dövlət büdcəsindən maliyyələşənlər, ikinci özəl şirkətlərdə, bələdiyyələrdə işləyənlər, üçüncü məcburi köçkünlər, tələbələr, pensiyaçılar, üzürlü işsizlər, dördüncü isə yüksək vəzifəli məmurlar, iş adamlarıdır”.

Amma A.Qeybulla deyir ki, ölkədə maaşlar aşağı səviyyədə olduğundan hər işləyənin tibbi sığortaya ödənişi 5-10 manat arasında olcaq. Onun fikrincə, bu da olduqca azdır. Adil Qeybullanın qeyd etməsinə görə, xarici ölkələrdə bu məsələ birjalar vasitəsilə həll olunur, Azrbaycanda isə belə bir sistem yoxdur:

“Üstəlik, ölkədə 5 milyon işçi qüvvəsinə malik insan var və bunun haradasa 1 milyon yarımı leqal çalışır. Deməli o zaman icbari tibbi sığortanın tətbiqi ilə bağlı qeyri-leqal çalışanlar da leqallaşdırılmalıdır ”.

4 milyard manat vəsait: haradan əldə etməli...

Manat
Manat

A.Qeybulla deyir ki, icbari tibbi sığortanın mövcud tələblərə uygun tədbiqi ilə bağlı hesablamalar aprarılıb və bunun 4 milyard manat olduğu müəyyən edilib:

“Amma bu 4 milyard manat vəsaiti haradan əldə etmək kimi problem var”, deyə professor vurğulayır.

A.Qeybulla hesab edir ki, ilkin mərhələdə icbari tibbi sığortanın tətbiqi baxımından ən optimal olanı sığorta zərfinə daxil dilən müayinələrin düzgün müəyyən edilməsidir.

“Yəni, ilkin mərhələ üçün ola bilər ki, zərfə çox müayinələr, əməliyyatlar daxil edilməsin. Amma icbari tibbi sığorta sistemnin dayanıqlığı təmin edilsin, insanlarda güvən yaratsın, ajiotaja səbəb olmasın.Fikrimcə, ilkin mərhələdə bu məsələ həllini tapmalıdır”.

Deputatın mövqeyi

Musa Quliyev
Musa Quliyev

İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev deyib ki, Səhiyyə Nazirliyi tərkibindəki tibbi müəssisələrin publik hüquqi şəxsə çevrilməsi həmin müəssisələrdə tibbi xidmətin pullu olcağı anlamına gəlmir. Bu məsələ ətrafında müzakirələrə qoşulan deputat Musa Quliyev də vurğulayıb ki, Səhiyyə Nazriliyi təkibindəki xəstəxanaların publik hüquqi şəxsə çevirlmələri 2020-ci ildən icbari tibbi sığortanın tətbqi ilə bağlıdır.

Onun firkincə, bu müəssisələrin publik hüquqi şəxsə çevrilmələri maliyyələşmə baxımından çevik qərarlar qəbul etməyə imkan verəcək:

“Bu halda bu müəssisələr həm dövlət büdcəsinin imkanlarından yararlana biləcəklər, həm də vətəndaş və müəssisələrin ianələrindən bəhrələnərək maliyyələşəcəklər”.

M.Quliyev deyir ki, ayrı-ayrı əhali kateoqriyalarının icbari tibbi sığorta ilə təmin olunmalarında dövlət də iştiak edəcək. Onun vurğulamasına görə, elə əhali kateqoriyaları var ki, dövlət tərəfindən təmin ediləcək:

“Əməklə məşğul olan kateqoriyada isə vətəndaş maaşının 2 faizini, daha 2 faizi isə işə götürən ödəyəcək”.

“Odur ki, fikrimcə, qeyri-leqal əmək fəaliyyətləri leqal müstəvidə əksini tapmalıdır ki, bu sahədəki sığorta sistemi maliyyə baxımndan güclənsin, həm də vətəndaş bu sistemin xidmətindən kənarda qalmasın. Amma bu həll olunmasa problem yarana bilər”.


M.Quliyev qeyd edir ki, tibbi xidmət özü bahalı sahədir.Onun fikrincə, indi yüksək dəqiq texnoloji avadanlıqların tətbiqi, dərmanların bahalaşması özü də bu sahəni bahalaşdırır:

“Odur ki, fikrimcə, qeyri-leqal əmək fəaliyyətləri leqal müstəvidə əksini tapmalıdır ki, bu sahədəki sığorta sistemi maliyyə baxımndan güclənsin, həm də vətəndaş bu sistemin xidmətindən kənarda qalmasın. Amma bu həll olunmasa problem yarana bilər”.

Deputat əlavə edir ki, ilkin vaxtlarda icbari tibbi sistemdə nəzərdə tutulan və ya tutulmayan gözlənilməz hallar özünü göstərə bilər:

“ Belə ki, ilk beş il icbari tibbi sığorta sisteminin oturuşması dövrdür. Beş ildən sonra isə oturuşmuş sistem sayılır”.

M.Quliyev deyir ki, icbari tibbi sığortanın bir maliyyə mənbəyi də var, bu da müraciət edən vətəndaşın 20 faiz ödəmə etməsi imkanıdır:

“Düzdür bu hələ ki, müzakirə edilir, qərar halını almayıb. Özü də vətəndaşın imkanına və istəyinə bağlıdır”.

Xatırlatma

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» Qanun 20 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib.

Dövlət başçısı İ.Əliyev bir də bundan 9 il sonra, 2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilir.

Həmin ilin sonlarında, 2018-ci ilin büdcəsi müzakirə edilərkən vurğulanmışdı ki, bütün ölkədə 2019-cu ildə icbari sığorta sisteminə keçiləcəyi gözlənir.

Prezident İlham Əliyev isə bu ilin əvvəlində 2020-ci ildən icbari tibbi sığortanın tətbiq ediləcəyinin anonsunu vermişdi.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG