Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 13:16

İslam Şərqinin 102-yaşlı ilk cümhuriyyəti


'Nağıl kimi Cümhuriyyət'
Gözlə

No media source currently available

0:00 0:16:45 0:00

"Nağıl kimi Cümhuriyyət" 1-ci hissə

28 may Azərbaycanda Respublika Günüdür və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 102 yaşı tamam olur.

1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edib.

Cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar həyata keçirmiş, müstəqil dövlətin atributlarını formalaşdırmışdı. Ermənistanın təcavüzünə cavab vermək üçün Müdafiə naziri Səməd bəy MehmandarovƏliağa Şıxlınskinin rəhbərliyi ilə az müddətdə Azərbaycan Milli Ordusu yaradıldı. Bu ordu 1920-ci ilin yazında Zəngəzurda uğurlu hərbi əməliyyat keçirərək qırğınların qarşısını aldı.

"Nağıl kimi Cümhuriyyət" 2-ci hissə
Gözlə

No media source currently available

0:00 0:20:40 0:00

Şərqdə ilk dəfə olaraq parlament yaradıldı. Millətin öncül nümayəndələri, ziyalılar, siyasi xadimlər parlamentdə təmsil olundu.

1918-ci ilin mart qırğınları ilə bağlı araşdırma komissiyası formalaşdırıldı. Bu komissiyanın tədqiq etdiyi materiallar azərbaycanlıların Xalq Komissarlar Soveti tərəfindən kütləvi şəkildə qətlə yetirildiyi faktlarını aşkarladı.

Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Versal Sülh Konfransına qatıldı.

Onların səyi nəticəsində Birinci Dünya müharibəsinin qalibi olmuş Antanta dövlətləri Azərbaycanın de-fakto müstəqilliyini tanıdı.

Parlamentdə Müsavat fraksiyasının lideri M.Ə.Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti yaradıldı. Cümhuriyyət hökuməti maddi çətinliklərə baxmayaraq, yüz nəfər tələbəni xaricə təhsil almağa göndərdi.

"Nağıl kimi Cümhuriyyət" 3-cü hissə
Gözlə

No media source currently available

0:00 0:13:25 0:00

Fətəli xan XoyskiNəsib bəy Yusifbəylinin baş nazirliyi ilə demokratik prinsiplər əsasında beş dəfə hökumət formalaşdırıldı. Bu hökumətlər müstəqil dövlətin siyasi-iqtisadi əsaslarını möhkəmləndirmək üçün fəaliyyət göstərirdi.

1920-ci il aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində isə Cümhuriyyət süqut etdi. AXC-nin yaradıcıları xaricə mühacirət etməyə məcbur edildi. Baş nazirlər F.Xoyski, N.Yusifbəyli qətlə yetirildi, digər görkəmli dövlət xadimlərinin ailələri və yaxınları repressiyalara məruz qaldılar.

71 il sonra isə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib və müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin hüquqi varisi olduğunu bəyan edib.

28 May dövlət səviyyəsində qeyd olunur.

XS
SM
MD
LG