Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 12:54

Bakıda İranın səfirliyi qarşısında aksiya keçirilib


Bakıda İran səfirliyi qarşısında gənclərin etiraz aksiyası, 2 mart 2019

Azərbaycan Millətçi Gənclər Təşkilatı-nın üzvləri martın 2-də İranın Bakıdakı səfirliyi önündə etiraz aksiyası keçiriblər.

Gənclər səfirliyin önündə “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndiriblər.

Etiraz aksiyasına Ermənistan baş nazirin İrana son səfəri zamanı baş verən hadisə səbəb olub.

Gənclər bildiriblər ki, Ermənistan baş nazirinin İrana səfəri zamanı Azərbaycan əleyhinə yönəlik baş verən təxribat xarakterli hadisəsiyə İran tərəfinin göz yumması və bu baş verənlərə indiyə qədər reaksiya verməməsi, üstəlik Ermənistana öz dəstəyini ifadə etməsi onların etirazına səbəb olub.

Aksiya iştirakçılarının qəbul etdikləri bəyanatda da İranın Ermənistanla bağlı siyasəti tənqid edilib.

Aksiya insidentsiz başa çatıb. Gənclərin etirazına, hələlik, İranın Azərbaycandakı səfəirliyindən münasibət almaq mümkün olmayıb.

Amma İran rəsmiləri dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirlər, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar.

Xatırlatma

Beləki Ermənistanın baş naziri fevralın 27-də İranda səfərdə olub. O İran rəbərliyi ilə görüşlər keçirib. İki ölkə arasında əməkdaşlığa dair bir sıra müzakirələr aparılıb. Daha sonra Paşinyan Tehrandakı erməni icmasının nümayəndələri ilə görüşüb. Həmin görüşdən baş nazirin paylaşdığı foto İranda yaşayan azərbaycanıların etirazına səbəb olub. Belə ki, Paşinyanın facebook səhifəsində paylaşdığı həmin fotoda erməni dilində iri hərflərlə "Qarabağ Ermənistanındır və son" şüarı olub.

Bu səbəbdən də İranda yaşayan azərbaycanlılar Təbriz və bir sıra yerlərdə müxtəlif etirazlar keçiriblər.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG