Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 17:39

İranın baş prokuroru: Saxlanan etirazçılar buraxılacaq


İranda saxlanan işçilərin ailə üzvləri, Tehran, Evin həbsxanası.

İranın “Şərq” qəzeti bu həftə keçirilən etiraz aksiyası zamanı 1 müxbirinin saxlandığını xəbər verir.

Qəzetin yazdığına görə Marzieh Amiri etiraz aksiyalarını işıqlandırarkən saxlanıb.

İran parlamentinin qarşısında keçirilən həmin aksiya zamanı onlarla fəal saxlanıb. Bəzi məlumatlara görə isə 30 etirazçı saxlanıb.

Yarımrəsmi “Mehr” qəzetinin yazdığına görə, baş prokuror Mohammad Jafar Montazeri deyib ki,saxlananlar yaxın vaxtlarda sərbəst buraxılacaq.

Mohammad Jafar Montazeri
Mohammad Jafar Montazeri

Son 2 ildə İranda iqtisadi vəziyyətin pisləşməsinə görə, tez-tez etiraz aksiyaları keçirilir.

Təkcə 2017-ci ildə İranda keçirilən etiraz aksiyaları zamanı polislə toqquşmalarda 25 nəfər ölüb.

ABŞ hökuməti 2018-ci ildə İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxaraq ona qarşı sanksiyaları bərpa etdi və sonradan sanksiyaları daha da ağırlaşdırdı.

İranın Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və Almaniya ilə imzaladığı sazişdə, Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tutulurdu.

ABŞ rəsmisinin açıqlamasına görə, aprelin əvvəlində sanksiyalar Tehranı 10 milyard dollardan artıq neft gəlirindən məhrum edib.

Buna da bax: Rohani deyir, İran neft ixracını davam etdirəcək

XS
SM
MD
LG