Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:49

Rohani deyir, İran neft ixracını davam etdirəcək


Hassan Rohani
Hassan Rohani

Vaşinqtonun təzyiqi artırmasına baxmayaraq İran neft ixracını davam etdirəcək. Bunu İran Prezidenti Hassan Rohani aprelin 30-da dövlət televiziyası ilə canlı yayımlanan çıxışında deyib.

“Gələn aylarda neft ixracını davam etdirəcəyimizi amerikalıların özləri görəcəklər”, – Rohani vurğulayıb.

“Amerikanın İranın neft ixracını sıfıra salmaq qərarı yanlışdır, səhv qərardır. Biz bu qərarın həyata keçməsinə imkan verməyəcəyik”, – prezident bildirib.

Bir neçə gün öncə Vaşinqton elan elədi ki, maydan İrandan neft idxalçıları üçün sanksiya möhlətini uzatmayacaq.

Qərarı Khamenei də tənqid etmişdi

“Qərarın məqsədi İranın neft ixracını sıfıra salmaq, rejimi əsas gəlir mənbəyindən məhrum etməkdir”, – Ağ ev aprelin 21-də bəyanatında deyib.

Artıq mayın 2-dən Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyəyə sanksiyalardan möhlət verilməyəcək.

Bu açıqlamanı Tehran pisləyib. Ali dini lider Ayətulla Ali Khamenei deyib ki, möhlətin ləğvi “düşmən addımı”dır, “cavabsız qalmayacaq”.

Prezident Donald Trump ötən il İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan edəndən Vaşinqton sanksiyaları gücləndirib.

İranın Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və Almaniya ilə imzaladığı saziş Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Trump-ın fikrincə, bu saziş “fəlakətli şəkildə qüsurlu”dur, çünki İranın ballistik raket proqramını, Tehranın terrorçuluğu guya dövlət səviyyəsində dəstəkləməsini əhatələmir.

Bu ayın əvvəlində ABŞ rəsmisinin açıqlamasına görə, sanksiyalar Tehranı 10 milyard dollardan artıq neft gəlirindən məhrum edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG